FHN: Ötən sutka ərzində 12 nəfər xilas edilib VİDEO
Bakı, 10 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 halda yanğına çıxış və 11 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla 12 nəfəri, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 6 nəfəri xilas edib, yanğın zamanı bir nəfər xəsarət alıb. Həmçinin Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazidə batmış bir nəfərin cəsədi tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.