SİYASƏT
MSK daha 5 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb VİDEO
Bakı, 12 iyul, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 12-də keçirilən iclasında beş siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.
AZƏRTAC xəbər verir ki, MSK sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası, Ağ Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.