Bakı-Balakən dəmir yolu xəttinin istifadəyə veriləcəyi tarix açıqlanıb VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı-Balakən dəmir yolu xətti bu ilin sonu, gələn ilin əvvəlində açılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, bununla bağlı hazırlıq işləri sürətlə həyata keçirilir: “Sərnişindaşıma istiqamətlərinin artırılması ilə bağlı konkret təşəbbüslərimiz var. Bakı-Balakən istiqamətində dəmir yolu xəttinin açılması ilə bağlı hazırlıq işləri tam sürətlə davam etdirilir. Ümid edirəm bu ilin sonu, gələn ilin əvvəlində biz bu xətti aça biləcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:01]
Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır
- 24.09.2026 [15:52]