Stolüstü tennis yarışlarının qalibi müəyyənləşib VİDEO
Qəbələ, 29 sentyabr, AZƏRTAC
Qəbələ Olimpiya Kompleksində III MDB Oyunlarında keçirilən stolüstü tennis yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub. 6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.
Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.