Azərbaycanın stend atıcısı III MDB Oyunlarında ikinci olub VİDEO
Qəbələ, 29 sentyabr, AZƏRTAC
Azərbaycanın stend atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında fəxri kürsüyə qalxıb.
AZƏRTAC xəbər verir ki, o, qadınların yarışında gümüş medal qazanıb.
Rusiyalı Alina Akhatova qızıl, qazaxıstanlı Nargiza Sarmanova bürünc mükafata yiyələnib.
Qeyd edək ki, stend atıcılığı üzrə yarışlara oktyabrın 1-də yekun vurulacaq.