Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş direktor: Respublika Narkoloji Mərkəzinə hər gün 12-yə yaxın vətəndaş müraciət edir – MÜSAHİBƏ VİDEO

Baş direktor: Respublika Narkoloji Mərkəzinə hər gün 12-yə yaxın vətəndaş müraciət edir –  MÜSAHİBƏ  VİDEO

Bakı, 2 oktyabr, Günel Türksoy, AZƏRTAC

Respublika Narkoloji Mərkəzinin baş direktoru, psixiatr narkoloq Fəzayıl Sadıqov AZƏRTAC-a müsahibə verib. O, sözügedən mərkəzdə müalicə prosesi, narkotik və alkoqol istifadəçilərinin sayı, özəl reabilitasiya mərkəzlərinin fəaliyyəti və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Fəzayıl müəllim, əvvəlcə istərdik ki, Respublika Narkoloji Mərkəzinə müraciət forması barədə məlumat verəsiniz...

- 18 yaşı tamam olan hər bir insan mərkəzə müraciət edə bilər. Burada müalicə könüllüdür, məcburi deyil. Xəstə müalicə olunmaq üçün sənədləri imzalayır. Müəyyən müddətdən sonra həkimin təkidlərinə, tövsiyələrinə baxmayaraq, xəstə mərkəzdən çıxmaq üçün israr edirsə, onu burada zorla saxlamaq olmaz. İstisnalar məhkəmə hökmü ilə məcburi müalicə təyin olunanlara aiddir. Məcburi müalicə minimum 6 aydır. Respublika Narkoloji Mərkəzinin 4 rayonlararası dispanser mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəranda yerləşir. Bu dispanserlərin hər biri 8-10 rayonun əhalisinə xidmət göstərir. Dispanserlər olmayan rayonlarda isə poliklinikalarda narkoloji kabinetlər var. Vətəndaşlar yaşadıqları ərazi üzrə müraciət etməlidirlər. Amma Respublika Narkoloji Mərkəzinə bütün rayonlardan vətəndaşlar şəxsiyyət vəsiqəsi və göndərişlə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin qərarına əsasən, narkotik istifadəçiləri 5 ildən sonra qeydiyyatdan çıxarıla bilərlər. Hər gün bizim mərkəzə 12-yə yaxın vətəndaş müraciət edir. Bunların hamısı xəstə deyillər. Ekspertiza məqsədilə, hərbi xidmətə yararlılıqla bağlı müraciət edənlər də var. Amma gələnlərin əksəriyyəti xroniki xəstələrdir ki, hansı ki, burada dəfələrlə müalicə alıblar.

Bizim mərkəzdə dövri olaraq işçilər xəstələrlə təmasda olurlar. Onlarla psixoterapevtik üsullarla müalicə prosesi aparılır, həmçinin idman, məşğuliyyət, qrup söhbətləri olur. Bunlar çox əhəmiyyətlidir, bu da insanlara müsbət təsir edir və məmnunluğu artırır. Psixoloqlar da şöbələrdə xəstələrlə təmasda olurlar, bəzən də fərdi söhbətlər aparırlar. Psixososial metodlar kritik dövrdən sonra başlayır. Azərbaycanda narkologiya sahəsində səhiyyə çox əlçatandır.

- Bəs, Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan və qeydiyyatdan çıxan xəstələrin sayı haqqında nə deyə bilərsiniz...

- 2024-cü ildə Respublika Narkoloji Mərkəzində 4 min 967 nəfər narkotik istifadəçisi qeydiyyata düşüb Onlardan 4 min 752-si kişi, 215-i isə qadındır. İl ərzində 1136 nəfər narkotik istifadəçisi qeydiyyatdan çıxarılıb. 2024-cü il ərzində 590 nəfər alkoqolik qeydiyyata düşüb. Onlardan 577-si kişi, 13-ü isə qadındır. İl ərzində 607 nəfər alkoqol istifadəçisi qeydiyyatdan çıxıb. Toksikomaniyadan əziyyət çəkən 1091 nəfər qeydiyyata düşüb. Onlardan 992-si kişi, 99-u isə qadındır. İl ərzində 96 nəfər isə qeydiyyatdan çıxarılıb. Ümumi olaraq, Respublika Narkoloji Mərkəzində 40 min 490 narkotik istifadəçisi qeydiyyatdadır. Onlardan 39 min 485-i kişi, 1005-i isə qadındır. Həmçinin Respublika Narkoloji Mərkəzində 9 min 578 alkoqol istifadəçisi qeydiyyatdadır. Onlardan 9 min 436-sı kişi, 142-si qadındır. Eyni zamanda, toksikomaniyadan əziyyət çəkən 2 min 492 nəfər qeydiyyatdadır. Onlardan 2 min 312-si kişi, 180-i qadındır. Əslində, rəqəmlər heç vaxt cəmiyyətdəki reallığı əks etdirmir. Tibbi nöqteyi-nəzərdən siqaret istifadəçisi də qeydiyyata düşə bilər. Qeydiyyat vətəndaş könüllü şəkildə müraciət etdikdə olur. İkincisi, kimsə qanun pozuntusuna yol verib, adı hüquq sisteminə düşürsə, o insan ekspertiza olunur. Bu zaman aşkar edilir ki, həmin vətəndaş narkotik istifadəçisidir. Üçüncüsü isə, insan hər hansı tibb mərkəzində müalicə alır və müayinə zamanı məlum olur ki, narkotik istifadəçisidir. Belə hallarda qeydiyyat prosesi həyata keçirilir. Amma cəmiyyətdə nə qədər narkotik istifadəçisi olduğunu dəqiq bilmək mümkün deyil. İnsanlar var ki, ömür boyu narkotik istifadə edir, amma heç vaxt qeydiyyata düşmürlər. Bizdə profilaktik olaraq qeydiyyata düşənlər də var. Bu insanlar xəstə deyillər. Sadəcə onlar narkotik mühitindədirlər və təsadüfən bir dəfə narkotik qəbul ediblər.

- Bu cür xəstələrin sağalma müddəti nə qədərdir, məsələn, heroin qəbul edən xəstə ümumiyyətlə sağala bilərmi?

- Bu 1 ay da çəkə bilər, 2 il də. Bir misalla izah edim ki, bizim uşaqlara yarpağın hansı rəngdə olması ilə bağlı sual verəndə, hamısı deyir ki, yaşıl. Yaponiyalı uşaqlara eyni sualı verəndə isə qarşılıqlı olaraq soruşurlar ki, hansı fəsildə? Heroin istifadəçisi bu maddəni 2 aydır, yoxsa 2 ildir qəbul edir? Təəssüflər olsun ki, 2 ay heroin qəbul edənlər, ümumiyyətlə, həkimə müraciət etmirlər. Fikirləşir ki, niyə etsin? Ondan həzz alır və həyatını yaşayır. Getdikcə vəziyyəti ağırlaşır, pul qurtarır, narkotik əldə edə bilmir. Çünki bu sahədə Daxili İşlər Nazirliyi mübarizəni gücləndirib, narkotik əldə etmək çətinləşir. Bu zaman müalicə olunmaq istəyir. Bir müddətdən sonra işə düzəlir. Sonradan gedir yenə narkotik istifadə etməyə başlayır. Bu, çox ciddi patologiyadır. Adi siqareti belə, insanlar tərgidə bilmirlər. Tibbin vəzifəsi odur ki, həmin xəstələrin vəziyyəti stabilləşsin, sağlamlıq keyfiyyətləri yüksəldilsin. Elə xəstələr var ki, narkotik istifadə edib, amma 2 il ara verib. Praktiki olaraq sağaldığını deyir. Narkotik maddələrdən asılılıq digərlərinə nisbətən daha güclüdür, çünki daha kəskin təsir edir. Bizim məqsədimiz remissiyanın vaxtını uzatmaq, keyfiyyətini isə yüksəltməkdir. Xəstələrlə işləyən ambulator reabilitasiya şöbəmiz var. Orada da psixoloqlar çalışırlar. Alınan müalicə nəticəyə kifayət qədər müsbət təsir edir. Xəstələr, həmçinin buradan çıxandan sonra yaşadıqları yer üzrə Narkoloji mərkəzlərdə nəzarət altında olmalıdırlar. Təəssüflər olsun ki, xəstələr buradan çıxandan sonra yaşadıqları yer üzrə müraciət etmirlər. Yalnız ağırlaşma hallarında bizə müraciət edirlər. Hər xəstə müalicə aldıqdan sonra normallaşır. Məsələn, alkoqolizm xəstələrində elə insanlar var ki, 10-20 il alkoqol istifadə etsə də, onlarda xəstəlik formalaşmır. Bu məsələdə fərdi xüsusiyyətlərin və sosial faktorların da önəmi var. İnsanın hansı mühitdə yaşaması da onun xəstəliyinə təsir edir.

- Bu sahədə müalicə metodları nədən ibarətdir?

- Burada söhbət zərərin azaldılmasından gedir. Məqsəd odur ki, zərər azaldılsın. Yəni insan narkotik istifadəçisidir, ancaq ailəyə, cəmiyyətə zərər vurur, oğurluq edir, qanunları pozur, cəmiyyətdə problemlər yaradır, nəticədə ailələr dağılır. Bunun alternativi odur ki, şəxs tibbin nəzarətindədir, xəstəni dərmanlarla sabit saxlayırlar. Narkotik istifadəçisi kimi hər gün dərman içməyə məcburdur.

- Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Bildiyiniz kimi, son dövrlərdə narkomaniyadan əziyyət çəkənlər üçün özəl reabilitasiya mərkəzləri yaradılıb. Ancaq bu reabilitasiya mərkəzlərinin fəaliyyəti ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, bəzən bu xəstəlikdən əziyyət çəkənlərin şəxsi məlumatları, fotoları və videoları çəkilərək sosial şəbəkələrdə paylaşılır. Sizin həmin mərkəzlərin fəaliyyətinə münasibətiniz necədir?

- Əgər bu xəstəlikdən əziyyət çəkənlər ora gedirlərsə, deməli, tələbat var. Cəmiyyətdə tələbat yarandığı üçün onların da sayı artır. Ancaq reabilitasiya mərkəzlərinin fəaliyyəti qanunlarla tənzimlənməlidir. Onların fəaliyyətində böyük qüsurlar, çatışmazlıqlar var. Mən tutaq ki, narkomanam, pulum da var, həmin müəssisəyə gedirəm və deyirəm ki, reabilitasiya olunmaq istəyirəm. Kimdir onları müayinə edən? Heç kim. Həmin müəssisələrdə tibbə aid olmayan şəxslər fəaliyyət göstərirlər. Deyirlər ki, Amerika Birləşmiş Ştatlarında tətbiq edilmiş “12 addım” proqramından istifadə edirlər. Biz Amerika təcrübəsini götürürük, amma mühitlərimiz başqadır. Bir narkoman gəldi reabilitasiya mərkəzinə və birinci sutkada onda abstinensiya, yəni “lomka”lar başladı. Sual edirəm, bu zaman həmin mərkəzlərin əməkdaşları xəstəyə nə edirlər? Mənim sualım kifayət qədər bəsitdir. Bilirsiniz, nə edirlər? Birinin başını soyuq suya salırlar, o birinin əlini-ayağını bağlayırlar. Bunlar orta əsrlərdə tətbiq edilən metodlardır. Reabilitasiya mərkəzinə gedən xəstə həkim müayinəsindən keçməlidir. Oraya gedən xəstənin abstinensiyası olmamalıdır. Ən azı insan 25 gün narkotik istifadə etməməlidir, kritik vəziyyətdən çıxmalıdır. Bu zaman reabilitasiyanın zərəri olmur. Çünki xəstələr var ki, illərlə cəmiyyətdə yaşaya bilmirlər. Cəmiyyətə düşən kimi peredoza gedir. Ona görə də bağlı yerdə yaşamaq istəyirlər. Reklam edirlər ki, xəstə gəldi, 6 aydan sonra sağaldı. Necə olur? O zaman Maradona birinci sağalardı, başqa məşhur müğənnilər də sağalardı. Bu metodları onlara da öyrədin, o zaman. Gəlin, Ümumdünya Səhiyyə Təşkilatına müraciət edək ki, biz Bakıda yeni metodlar tapmışıq, siz də istifadə edin. Düzünü danışmaq lazımdır, tibdə heç nəyə zəmanət yoxdur. Adi əməliyyatda belə ağırlaşmalar ola bilər. Ən pisi də odur ki, insanlara yalançı ümid verdikdən sonra daha da ümidsizliyə düçar olurlar. Ancaq istənilən halda orada qaldıqları müddətdə xəstələr narkotikdən istifadə etmirlərsə, bu müsbət haldır.

- Sizin bu mərkəzlərin fəaliyyətinin tənzimlənməsi üçün hansı təklifləriniz var?

- Birincisi, həmin mərkəzlərin lisenziyası olmalıdır. Narkotik istifadəçisi deyə bilər ki, sağalıb. Reabilitasiya mərkəzinin özü narkomaniyadan əziyyət çəkənlər üçün narkotik qəbul etmək üçün münbit bir yerdir. Çünki dövlət müəssisəsi olmadığı üçün oraya nəzarət yoxdur. İkincisi, xəstələrin qəbul qaydası aydın şəkildə həyata keçirilməlidir. Kimsə gəlib, birbaşa deyə bilər ki, reabilitasiya olunmaq istəyir, orada isə tibb mütəxəssisləri yoxdur. Bəlkə, həmin insan vərəm, HİV daşıyıcısıdır? Respublika Narkoloji Mərkəzinə müraciət edən hər xəstə ilkin müayinədən keçir. Xəstə rentgen edilir və məlum olur ki, açıq formada vərəmdir. Həmin xəstəni mərkəzə qəbul etmirik. Tibbi müayinə mütləq olmalıdır. Üçüncü təklifim odur ki, oraya gedən xəstələr göndərişlə getsinlər. Onların hamısında tibbi müayinələr üçün şərait yoxdur. Olmayacaq da. Çünki olarsa, bu özəl tibbi reabilitasiya şəklində fəaliyyət göstərməlidir. Özəl tibb müəssisələri var və orada müayinələr üçün hər şərait mövcuddur. Reabilitasiya mərkəzlərində dərmandan istifadə minimuma enir, çünki orada çalışanlar həkim deyillər. Eşitdiklərimə görə, həmin mərkəzlərdə reabilitasiya keçən xəstələrə qeyri-rəsmi şəkildə dərman da verirlər. Həmin dərmanları “qara bazar”dan əldə edirlər. Bunların hamısı qadağandır. Biz bir xəstəyə dərman yazmaq üçün elektron resept vasitəsilə xeyli prosedurlardan keçirik.

- Bəs, həmin müəssisələrdə reabilitasiya keçib, daha sonra Respublika Narkoloji Mərkəzinə müraciət edənlər varmı?

- Bəli, belə çox sayda müraciət edən olub. Kimsə 6 ay orada qalıb və narkotik istifadə etməyib. Ancaq oradan çıxandan sonra 5 gün də dözən olub, dözməyən də. İndi mən bilmirəm, özəl reabilitasiya mərkəzlərində bunların statistikası aparılırmı? Anonimlik məsələsi də nəzərə alınmalıdır. Qanunda var ki, insan kimliyini açıqlamadan da müalicə oluna bilər. Bizim müəssisəyə gələnlər deyirlər ki, reabilitasiyada da olublar. Mən özəl reabilitasiya mərkəzlərinin rolunu nə kiçiltmək, nə də şişirtmək istəmirəm. Sadəcə istəyirəm ki, vətəndaşlarımıza doğru şəkildə, elmi əsaslarla məlumat çatdırılsın.

 

Baş direktor: Respublika Narkoloji Mərkəzinə hər gün 12-yə yaxın vətəndaş müraciət edir –  MÜSAHİBƏ  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başa çatıb, qaliblər mükafatlandırılıb

Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

“Neftçi” İdman Klubunun Zəfər Gününə həsr olunmuş sərbəst güləş birinciliyi keçirilib

İçərişəhərdə Zəfər Gününə həsr olunmuş konsert təşkil olunub

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

Premyer Liqanda XI turun daha iki oyunu keçirilib

44 günlük Zəfər: Azərbaycan dövlətinin siyasi iradəsi və hərbi qüdrətinin təntənəsi

Aaron S. Uotkin: BIAF-2006 festivalının gözəl ab-havası var

Metronun “28 May” stansiyasında “Zəfər arzuları” adlı sosial aksiya olub

Professor: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi tarixi Zəfərdə həlledici rol oynayıb

Cakartada Azərbaycanın Zəfər Günü qeyd olunub

Fransada etirazların yeni dalğası: 7 noyabr aksiyaları gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir

Zəfər Günü xalqımızın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi qalacaq

Malayziyada Azərbaycanın Zəfər Günü qeyd olunub

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Qaradağda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli ümumrayon tədbiri keçirilib

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Etirazlar Avropa siyasi sisteminin qarşısında duran sualları üzə çıxarır - ŞƏRH

Bu saata olan əsas xəbərlər

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir olub

I Aşıq Festivalının yekun konserti olub

Təbrizdəki baş konsulluqda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı tədbir keçirilib

AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

Beyləqanda “Şəhidlər” Abidə Kompleksinin və “Şəhidlər” parkının açılışı olub

Sarayevoda Zəfər Gününün 6-cı ildönümü münasibətilə qəbul keçirilib

“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi

Tarixi Zəfər Azərbaycanın siyasi iradəsinin, iqtisadi qüdrətinin və milli birliyinin nəticəsidir ŞƏRH

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Berlində 20-ci Azərbaycan-Alman Tibb Günlərinin açılışı olub VİDEO

Maliyyə Nazirliyində 8 Noyabr – Zəfər Günü qeyd olunub

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

Zəfər Gününün bizə aşıladığı ən mühüm dəyərlərdən biri də dövlətçilik məsuliyyəti və milli həmrəylikdir - ŞƏRH

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Azərbaycanın Zəfər Günü Haaqada qeyd olunub

Şamaxı Astrofizika Rəsədxanası ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Ağdaşda “Heyva festivalı” keçirilib - YENİLƏNİB VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Çinli tələbələr və müəllimlər Azərbaycan xalqının Zəfər Gününü təbrik ediblər VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib VİDEO

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib

Fransada təhsil işçiləri və tələbələr noyabrın 10-da yenidən küçələrə çıxacaq

“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib

“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib

AHİK-də Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri təşkil olunub

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Müharibədən altı il sonra: Sülh, tərəqqi və rifah VİDEO

Naxçıvanda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası çərçivəsində 825 ədəd tut tingi əkilib

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib VİDEO

Şəhid gizir İsgəndər Museyiblinin qəhrəmanlığı ailəsinin və xalqımızın yaddaşında yaşayır

Zəfər Günü: tarixi ədalətin və birliyin təntənəsi

Gəncədə fəal gənclərin təşəbbüs və təklifləri dinlənilib

Niyazinin mənzil-muzeyində Zəfər Günü: vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim edilib

Xatirə Vəliyeva: Uşaqlığımın keçdiyi stadion bu gün mənim üçün xüsusi qürur və sevinc mənbəyidir

Qarabağ Zəfərinin tarixi əhəmiyyətinə elmi baxış

Ərzurumda Zəfər Günü münasibətilə konsert keçirilib

Tərtərdə Zəfər Günü münasibətilə konsert təşkil olunub

Zəfər Günü Eskişehirdə xüsusi proqramla qeyd edilib

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub

İşə yeni qəbul olunan vəkil köməkçilərinə tövsiyələr verilib

Zəfər quruculuq və Böyük Qayıdışla yaşadılır - ŞƏRH

Müharibə veteranı: Azərbaycan xalqının birliyi və Ordumuzun gücü tarixi Zəfərimizi təmin etdi

Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib

Bayraq sevgisindən şəhidlik zirvəsinə: Aşur Cəmiyevin ömür yolu

8 Noyabr - əbədi qürur və şərəf günümüz: Vətən müharibəsi iştirakçısının təəssüratı

Ankaradakı rəqəmsal reklam lövhələrində Azərbaycanın ünvanına təbriklər yerləşdirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Bayramlarla əlaqədar Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Rostropoviçlərin ev-muzeyində anım tədbiri - “Dostluğun və musiqinin harmoniyası”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Günü münasibətilə konsert proqramı təqdim edib

Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub VİDEO

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

Zəfərdən elmi tərəqqiyə: azad edilmiş ərazilərin bərpasında elmi yanaşmaların rolu

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Fotoqrafiyanın poetik dili: gündəlik həyatın görünməyən gözəlliyi VİDEO

Azərbaycanın Zəfər Günü Tailandda qeyd olunub

Sabaha olan hava proqnozu açıqlanıb

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: ölən və yaralanan var VİDEO

Zəfər salnaməsinin canlı şahidi: Kamran Şəfiyevin döyüş yolu və Vətən sevgisi

Zəfər Günü xalqımızın mübarizə əzminin, birliyinin və qəhrəmanlığının canlı təcəssümüdür ŞƏRH

Böyük Zəfər güclü dövlətin, qüdrətli Ordunun, xalq-iqtidar birliyinin nəticəsi idi ŞƏRH

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bir şəhidin son məktubu, bir millətin Zəfər dastanı

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

"Sabah" legioner basketbolçu ilə vidalaşıb

® “Faiqoğlu” 150 ədəd elektrik avtobusun satınalınması üçün tender elan edib

Premyer Liqa: “Şəfa" bu gün Sumqayıtda "Araz-Naxçıvan"la üz-üzə gələcək

DSX-də Zəfərin 6-cı ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

“Hər zaman əsgərlərin yanındayıq” - “Əsgərə məktub”un müəllifləri Vətənin keşikçiləri ilə fəxr etdiklərini deyirlər VİDEO

Kolumbiya mediasında Azərbaycanın Zəfər Günü və postmüharibə quruculuğu geniş işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib VİDEO

Milli Kitabxanada “Şərq qapısı qəzeti” – 105” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

RİNN-də Zəfər Günü qeyd olunub, könüllü qanvermə aksiyası təşkil edilib