UN-Habitat: İqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən əsas çağırışlardır VİDEO
Bakı, 17 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etməkdə məqsəd iqlim dəyişikliyi və sürətli şəhərləşmənin kəsişməsindən yaranan problemlərin müzakirəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) nümayəndəsi Reinero Flores deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi və sürətli urbanizasiya inkişaf nailiyyətlərinə təsir göstərən iki əsas çağırışdır: “Buna görə yalnız adekvat mənzil çatışmazlığı deyil, həm də iqlim dəyişikliyi məsələləri birgə nəzərə alınmalıdır”.
Müxbir- Vüsalə Səfərova
Foto - Elşad Mirzə
Operator - Namiq Abdullayev