Nazir: Azərbaycan dayanıqlı şəhərlər qurmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər VİDEO
Bakı, 17 may, AZƏRTAC
Cənubi Afrika Respublikası üçün Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək böyük məmnuniyyətdir. Biz inanırıq ki, Azərbaycan dayanıqlı şəhərlər qurmaq, iqlim dəyişikliyini və icmalarımızın ehtiyac duyduğu inkişafı araşdırmaq üçün dünya şəhər gündəliyinə kömək etməkdə çox böyük rol oynaya bilər.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Cənubi Afrika Respublikasının İnsan Məskunlaşması naziri Thembisile Simelane deyib.
“Biz irəliyə doğru addımlayırıq ki, iqlimə davamlı şəhərlərin yaradılmasını təmin edək. Bunun üçün mübadilə proqramlarında digər ölkələrlə əməkdaşlıq edirik. Biz, həmçinin qarışıq maliyyələşdirmə üsullarını nəzərdən keçiririk. Bu gün öyrəndiyimiz dərslər qeyri-rəsmi məskunlaşmanın necə sürətləndirilməsi, modernləşdirilməsi, eləcə də həssas cəmiyyətlərə, xüsusən də qadınlara, uşaqlara və gənclərə necə qayğı göstərməyimiz barədədir. Bu inkişaf onların hökumətinin davamlı həyat təmin etməsi və iqtisadiyyatda iştirak etməsi üçündür", - deyə nazir qeyd edib.