Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
AZƏRTAC-ın “Onun hekayəsi” videolayihəsinin növbəti qonağı Almaniyanın Troisdorf şəhərinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, tibb elmləri doktoru, professor Nuran Abdullayev olub.
Nuran Abdullayev həyat yolu, o cümlədən təhsili, üzləşdiyi çətinlikləri dəf etməsi, həyata keçirdiyi cərrahi əməliyyatlar və s. barədə danışıb.
O, 28 yaşında beyin damarlarında sərbəst əməliyyat icazəsi alan ən gənc neyroradioloqdur və Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən mükafatlandırılıb, təqaüdə layiq görülüb. 33 yaşında isə klinika direktoru olub.
“Təbii ki, bura gələn yolda yuxusuz gecələr və saata baxmadan icra olunan əməliyyatlar rol oynayır. 10 ilə yaxın sutkada cəmi 3-4 saat yatmışam”, - deyə o bildirib.
Ətraflı videomaterialda izləyə bilərsiniz.