Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Müxbir - Ceyhun Xəlilov
Fotoqraf - Azər İbrahimov