7 saylı Səbail seçki dairəsində fəallıq müşahidə olunur
Bakı, 1 sentyabr, AZƏRTAC
Milli Məclisə növbədənkənar seçkilərdə Bakının 7 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olunur. Seçicilər fəallıq nümayiş etdirir, istədikləri namizədlərə sərbəst şəkildə səs verirlər.
7 saylı Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Lalə Əliyeva AZƏRTAC-a müsahibəsində seçkinin keçirildiyi 132-134 nömrəli təhsil kompleksində səsvermə üçün yüksək səviyyədə şəraitin yaradıldığını deyib. O, məntəqə seçki komissiyasına qanun pozuntusu barədə heç bir məlumat, şikayət daxil olmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir
- 14.10.2026 [16:43]