Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firəngiz Əlizadə: “Qremmi” nominasiyası son hədd deyil VİDEO

Bakı, 11 fevral, Kamilla Əliyeva, AZƏRTAC

Məşhur amerikalı skripkaçı Hillari Xanın “Deutsche Grammofon” albomu kamera musiqisi nominasiyasında ən yaxşı albom kimi “Qremmi” mükafatına layiq görülüb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin “İmpuls” əsəri də bu alboma daxil edilib. Azərbaycanın tanınmış bəstəkarı, UNESCO-nun Sülhməramlı Artisti Firəngiz Əlizadə AZƏRTAC-a müsahibəsində ulduz nominasiyasına yolu haqda söhbət açıb, habelə öz yaradıcılıq kredosu barədə danışıb.

- Firəngiz xanım, ilk növbədə, Hillari Xanın ifasında skripka üçün “İmpuls” əsərinizin “Qremmi” mükafatının nominantı olması münasibətilə Sizi təbrik etmək istərdim. Özünüzü necə hiss edirsiniz? Yaradıcılıq həyatınızda bu hadisəni necə qiymətlərndirirsiniz?

- Özümü əla hiss edirəm. Əlbəttə, “Qremmi” mükafatının həndəvərindən keçmək də çox xoşdur. İndiki halda “Qremmi” mükafatına istedadlı gənc skripkaçı Hillari Xanın kompakt-diski layiq görülüb. Həmin diskə yazılmış əsərlərdən biri mənimdir. Kamera musiqisində “Qremmi” nominasiyası həmin mükafata təqdim olunmuş 85 nominasiyadan biridir, kamera musiqisində bu mükafatı almaq isə böyük şərəf və uğurdur. Lakin başa düşürəm ki, bu, hələ son hədd deyil və yenə işləmək lazımdır. Mən hətta öz xüsusi albomumu yazdırmağı qərara almışam, istəyirəm ki, Hillari Xan mənim bütün əsərlərimi ifa etsin. Yeri gəlmişkən, onunla bu barədə söhbətimiz olub. Söhbət əsnasında Hillari Xan qeyd etdi ki, bu əsər son dərəcə uğurlu olub, buna görə o, yalnız mənim əsərlərimdən ibarət albom yazdırmağı planlaşdırır. Onda həmin albom artıq mənim “Qremmi”m olacaq.

- Bu ulduz mükafata gedən yol necə olub?

- Dünya şöhrətli ulduzlar məni, necə deyərlər, ərköyün öyrədiblər: həmişə mənə diqqət yetirirlər. Mənim musiqimə məşhur Mstislav Rostropoviç dirijorluq edib. O, həmin musiqini Parisdə keçirilən, onun adını daşıyan müsabiqə üçün sifariş etmişdi. Çin mənşəli amerikalı violonçelçalan Yo-Yo Ma neçə illərdir ki, mənim əsərlərimi ifa edir. Əfsanəvi ingilis perkussionisti Evelina Qlenni mənim “Silk Road” əsərimi ifa edib. Hillari Xan elektron poçt vasitəsilə mənimlə əlaqə yaradanda elə ilk dəfədən dialoqumuz uğurlu oldu. O dedi ki, müasir musiqi bir ifaçı kimi onu cəlb edir, lakin virtuoz ifaçı kimi bu musiqi onu əsla qane etmir, çünki bu musiqidə onun öz imkanlarını nümayiş etdirməsi üçün material yoxdur. Hillari Xan məndən xahiş etdi ki, öz texniki imkanlarını üzə çıxarmaq üçün Nikkolo Paqanininin “Kapriççio” əsərinə oxşar bir əsər yazım. Eyni zamanda bu, gözəl musiqi olmalı idi. Açığını deyim ki, bu sözlər məni heyrətləndirdi, çünki adətən ifaçı bəstəkardan sadə musiqi yazmağı xahiş edir, burada isə hər şey əksinə idi. Bir sözlə, bu təklif mənim üçün talenin qisməti oldu. Nəticədə razılaşdıq ki, mən skripka və fortepiano üçün pyes yazım. Berlində olduğum on gün müddətində “İmpuls” əsərini yazdım.

- Bu qeyri-adi “İmpuls” adı nə ilə bağlıdır?

- Hillari Xan mənə həmişə ulduz kimi sayrışan impulsiv xanım təsiri bağışladı. Məndə belə təsəvvür yarandı ki, bu skripkaçı xanım həmin impulsu dinləyicilərə göndərmək üçün səhnəyə çıxır. Onun skripkada virtuoz ifası tamaşaçıların əhvalını daha da yüksəldir. Buna görə təəccüblü deyil ki, Hillari Xan bu əsəri ifa etməyə başlayanda mən bütün dünyadan heyranlıq bildirən rəylər alırdım. Qeyd etməliyəm ki, bu cür sanballı musiqiçilərlə ünsiyyətdə olmaq insana böyük məmnunluq bəxş edir. Bu səbəbdən, birgə məşqlər zamanı biz hər hansı texniki məqamlar barədə deyil, yalnız sırf musiqi ilə bağlı detallar haqda danışırıq. Mən onlara bizim milli musiqimiz barədə, eşitdiyim detallar barədə danışıram. Bu gözəl ünsiyyət mənə qeyri-adi sevinc bəxş edir, mən bu hisslərlə yaşayıram. Hər bir insan həyatda öz yolunu seçir, mən musiqini seçmişəm. Mənim musiqimə müraciət edən ifaçıları görəndə isə bu mənə həyat eşqi bəxş edir.

- Firəngiz xanım, sizin uğurlarınızın sirri nədədir?

- Elə bir sirr yoxdur. Bəzən 10 yaşlı oğlanları və ya qızları mənim yanıma gətirib deyirlər ki, bu uşaqlar musiqini sevirlər və mənim kimi olmaq istəyirlər. Bunun üçün nə lazımdır? Mən bu sual üzərində düşünməyə başlayıram. Bunun üçün çox şey lazımdır: bizim Vətənimiz, torpağımız, suyumuz, mənim valideynlərim, ətrafımda eşitdiyim musiqi... Bunların sayı o qədər çoxdur ki, mən həmin adamlara belə cavab verirəm: “Mənim kimi olmaq lazım deyil. Özü kimi olmaq lazımdır”. Məsələn, dahi Qara Qarayevin dahiliyi məhz onda idi ki, o bizə - öz şagirdlərinə heç vaxt “mənim kimi yazın” demirdi. Qara Qarayev deyirdi: “Müasir musiqi dünyası çox böyükdür, mən sizə yolu göstərirəm, öz cığırınızı isə hər kəs özü seçir”.

- Siz öz yaradıcılıq kredonuzu necə səciyyələndirirsiniz?

- Təəssüf ki, istər müasir musiqidə, istər təsviri incəsənətdə, istər kinoda, istərsə də teatrda çox vaxt müasirliklə identifikasiya edilməyə başlamış eybəcərlik görürük. Bəziləri hesab edir ki, rəsm əsəri nə qədər cansıxıcıdırsa, bir o qədər müasirdir. Mən bunu qəbul etmirəm. İncəsənət, ilk növbədə, gözəl olmalıdır. Hətta faciəni və ya insan xarakterinin eybəcər cizgilərini də gözəl təqdim etmək olar. Axı, incəsənət naturalizm deyil. Mənim də kredom gözəl sənətdir.

- Əlbəttə, “Qremmi” mükafatı nominasiyası yalnız başlanğıcdır. Hələ hər şey irəlidədir. Sizin gələcək yaradıcılıq planlarınızı bilmək istərdim.

- Mən Bakıda artıq dördüncü dəfə keçiriləcək Muğam Festivalının bədii rəhbəriyəm. Mənə böyük məsuliyyət həvalə edilib. Bu geniş miqyaslı tədbir ölkəmizin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsüdür. Biz bu tədbiri üç il yüksək səviyyədə keçirmişik. Yayda bizi musiqi aləmində daha bir geniş miqyaslı hadisə gözləyir - Şəkidə “İpək yolu” adlı musiqi bayramı keçiriləcək. Biz bu bayrama da hazırlaşırıq. Bununla yanaşı, bir neçə əsər üzərində işləyirəm. Mən üzərində işlədiyim əsərlər barədə heç vaxt əvvəlcədən danışmıram, bu barədə yalnız onlar səslənəndən sonra nə isə deməyə haqqım var. Təkcə onu deyə bilərəm ki, bu, qlobal əsər olacaq. Mənə belə gəlir ki, Mosart kimi mən də özüm üçün rekviyem sifarişi almışam. Allaha dua edirəm ki, bu möhtəşəm vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün mənə imkan versin. Ümumiyyətlə, həmişəki kimi, planlarım çoxdur. Lakin onları həyata keçirməyə nə dərəcədə müvəffəq olacağımı bilmirəm, çünki mənim məkanımda yalnız bir problem var - vaxt problemi.

Firəngiz Əlizadə: “Qremmi” nominasiyası son hədd deyil VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir