SİYASƏT


Anadolu Agentliyi Füzuli rayonunun ermənilər tərəfindən məhv edilmiş tarixi abidələrindən reportaj hazırlayıb

Ankara, 30 noyabr, AZƏRTAC

Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonu haqqında reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağın məşhur memarı Qarabağinin Füzulidəki məscidindən sadəcə minarə qalıb” sərlövhəli reportajda təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyəti, erməni vandalizminin iç üzü oxuculara çatdırılır.

Bildirilir ki, Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyəti Füzulidəki real mənzərə ilə özünü təsdiq edir. Füzulinin işğal edilmiş bütün yerlərində soyqırımı həyata keçirilib. Evlər dağıdılıb, talan olunub, məscid və qəbiristanlıqlar, tarixi və mədəni abidələr məqsədli şəkildə məhv edilib. Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Kərbəlayi Səfixan Qarabağinin inşa etdirdiyi Hacı Əli Əkbər Məscidi də şəhərin bir çox memarlıq abidəsi kimi ermənilər tərəfindən dağıdılıb. Onun yalnız dağılmış minarə və sütunları qalıb.

Reportajda qeyd edilir ki, indi Azərbaycan bu əraziləri özünə qaytarıb, öz bayrağını ucaldıb.

Reportajda Füzuli rayonu haqqında ətraflı məlumat verilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.