İDMAN


“Avro-2020”: Avstriya birinci oyununda qələbə qazanıb

Bakı, 13 iyun, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Avropa çempionatında C qrupunun ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdəki Milli Arenada Avstriya və Şimali Makedoniya yığmaları üz-üzə gəlib.

Hesabı 18-ci dəqiqədə Avstriya millisinin futbolçusu Ştefan Layner açıb. Bundan 10 dəqiqədə sonra Qoran Pandev Şimali Makedoniya millisinin mötəbər yarışda ilk qolunu vurub. Lakin 78-ci dəqiqədə meydana yenicə daxil olmuş Mixael Qreqoriç, 89-cu dəqiqədə isə Marko Arnautoviç fərqlənərək, Avstriya yığmasının 3:1 hesablı qələbəsini təmin edib.

Qeyd edək ki, C qrupunda ilk turun digər oyunu bu gün Niderland və Ukrayna milliləri arasında olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma “Amsterdam Arena”da keçiriləcək. Görüşü almaniyalı referi Feliks Brıx idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.