İDMAN


Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti milli komandanın üzvləri ilə görüşüb

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov hazırda Şahdağda təlim-məşq toplanışında olan kişi cüdoçulardan ibarət milli komandanın üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əvvəlcə yığmanın baş məşqçisi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədov gələn ay Yaponiyanın Tokio şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri Olimpiya Oyunlarında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara gələcək nüfuzlu yarışda uğurlar arzulayıb. Qeyd edək ki, cüdoçularımız Qusardan sonra Bakıda, Xorvatiyada və Rusiyada da təlim-məşq toplanışları keçəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.