Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır
Bakı, 9 iyun, AZƏRTAC
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında tranzit gömrük prosedurları asanlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutan Milli Məclis “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişi deputatların müzakirəsinə təqdim etdikdən sonra təsdiqləyib.
Qeyd edək ki, tərəflər arasında saziş 2022-ci il avqustun 18-də Bakı şəhərində imzalanıb.
Qanun layihəsi səsvermədə sonra təsdiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:36]
® Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib
- 01.10.2026 [13:53]
Azərbaycan-Yunanıstan biznes forumu baş tutub
- 01.10.2026 [12:42]