CƏMİYYƏT


Azərbaycanda koronavirus infeksiyasına daha 4451 yoluxma faktı qeydə alınıb, 4283 nəfər sağalıb

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4451 yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 175 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 111 min 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib. Aktiv xəstə sayı 62 min 34 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 953 min 303 test aparılıb. Bugünkü test sayı isə 15 min 59-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.