Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cümhuriyyət-100: Vətəninin qurtuluşu naminə məşəqqətlərə sinə gərmiş Əkbərağa Şeyxülislamov

Cümhuriyyət-100: Vətəninin qurtuluşu naminə məşəqqətlərə sinə gərmiş Əkbərağa Şeyxülislamov

Bakı, 2 iyul, AZƏRTAC

1919-cu ildə Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində “Hümmət” partiyasının üzvü Əkbərağa Şeyxülislamov da vardı. İstanbul, Neapol və Roma şəhərlərindən keçərək min bir əziyyətə özünü Parisə çatdıran nümayəndə heyətimiz burada Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılması üçün gərgin səylə çalışırdılar.

Əkbərağa Şeyxülislamov kim olub və tarixdə hansı xidmətləri ilə qalıb? AZƏRTAC Cümhuriyyət tarixini araşdıran yazıçı-tədqiqatçının Əfqan Vəliyevin Əkbərağa Şeyxülislamov haqqında qeydlərini təqdim edir.

Tanınmış ictimai-siyasi xadim Əkbərağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya gəlib. Orta təhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olub.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Əkbərağa Şeyxülislamov institutdakı bütün kurs imtahanlarını uğurla versə də, yaranmış siyasi mühitin təsiri ilə diplomunu almadan Azərbaycana qayıtdı.

Bir il sonra fevralın 9-da yaranmış Zaqafqaziya Seyminə vəkil seçilən Şeyxülislamov fevralın 28-də Seym tərəfindən təsdiq edilən müsəlman fraksiyasının tərkibindəki menşevik “Hümmət” partiyasının üzvü idi. O, Zaqafqaziya Seymi tərəfindən 1918-ci il martın 1-də Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün yaradılmış nümayəndə heyətinin tərkibində yer almışdı.

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etdi. Şeyxülislamov Xoyski tərəfindən qurulan birinci hökumətdə əmək və torpaq naziri vəzifəsinə təyin olundu. Həmin il iyunun 17-də birinci hökumətin istefası ilə Şeyxülislamov da tutduğu vəzifədən ayrıldı.

Əkbərağa Şeyxülislamov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışı olan Azərbaycan parlamentində sosialist fraksiyasından vəkil seçildi. O, dekabrın 12-də Bakıda keçirilən siyasi partiyaların müşavirəsində “Hümmət” partiyası adından çıxış edərək sosialistlərin hökumətin tərkibinə keçmələrini tələb etdi.

Şeyxülislamov “Hümmət” partiyasından olsa da, Əlimərdan bəy Topçubaşovla birlikdə müstəqil Azərbaycanın quruculuq işlərində yaxından iştirak edir, Məmmədəmin Rəsulzadə ilə davamlı siyasi fikir mübadiləsi aparırdı.

1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətinin tərkibində Versal Sülh Müqaviləsində Azərbaycanı təmsil etmək üçün Parisə yollanıb. Nümayəndələr çətinliklə İstanbul, Neapol və Roma şəhərlərindən keçərək 1919-cu ilin martında Parisə çatıblar. Azərbaycan nümayəndələrinin burada konfrans ərəfəsində çap etdirdiyi kitab və məqalələr ölkənin tanınması baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu məqsədlə nümayəndə heyəti tərəfindən fransızca buraxılmış “Qafqaz Azərbaycanı Respublikası” kitabı Qərbi Avropa dilində xalqımız və ölkəmiz haqqında ilk məlumat idi. Bundan başqa ingilis və fransız dillərində nəşr edilən “Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına Memorandumu”, nümayəndəliyin məsləhətçisi Ceyhun bəy Hacıbəylinin “İlk Müsəlman Respublikası Azərbaycan” adlı kitabları da nəşr olunmuşdu. Həmin kitab və məqalələr sonralar “Azərbaycan Demokratik Respublikası” adlı kitabda toplandı. 1920-ci il yanvarın 12-də Paris Sülh Konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması Şeyxülislamovun da daxil olduğu Azərbaycan nümayəndə heyətinə və Azərbaycan xalqına unudulmaz sevinc yaşatdı.

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal edildi. Əkbərağa Şeyxülislamov bu acı xəbəri Parisdə aldı.

Menşevik və bolşeviklərin tərkibində siyasi arenaya atılan Şeyxülislamov Cümhuriyyətin təşəkkülü və inkişafı üçün öz tərəfdaşlarına nisbətən daha fəal mübarizə aparmış və onlardan fərqli yol seçmişdi. Sonradan tərəfdaşları hakimiyyətə gəlsə də, o, sevinmədi. Əksinə, Cümhuriyyətin süqutu onu məyus etdi. Bayraq, Cümhuriyyət və istiqlal məfkurəsinə sədaqət göstərən Şeyxülislamov bolşeviklərin əməkdaşlıq təklifini qəbul etməyərək Parisdə qaldı.

Şeyxülislamov 1920-ci ildə Parisdə Azərbaycandan ikinci İnternasionalın üzvü olub, İkinci Dünya müharibəsi ərəfəsində Parisdə rusca nəşr olunan “Azərbaycan” jurnalında “Azərbaycan necə quruldu” adlı məqalə ilə çıxış edib. Azərbaycanın tarixi-nöqteyi nəzərindən əhəmiyyət kəsb edən bu məqalə sonradan Ankarada buraxılan “Mücahid” jurnalında da dərc edildi.

Xəstə olduğu üçün işləyə bilməyən, Məmmədəmin Rəsulzadə və Mirzə Bala Məmmədzadənin maddi köməyi ilə ayaqda duran Şeyxülislamovun maddi vəziyyəti 1955-ci ildə Rəsulzadənin, 1959-cu ildə Mirzə Balanın vəfatı ilə pisləşdi. O, həyatının son illərində ciddi maddi çətinliklərlə üzləşərək, qocalar və kimsəsizlər evinə sığınmaq məcburiyyətində qaldı. 1961-ci il martın 2-də orada vəfat edən Əkbərağa Şeyxülislamov Paris yaxınlığındakı müsəlman məzarlığında dəfn olundu.

Cümhuriyyətin dövlət xadimlərindən olan Mustafa bəy Vəkilov Ceyhun bəy Hacıbəylinin dəfn mərasiminə gedərkən Parisdə Əkbərağa Şeyxülislamovun da məzarını ziyarət etmişdi. O, Şeyxülislamovun mühacirətdə yaşadığı ağır həyat hekayəsini eşitdikdə, üzüntü və kədərə qərq olur. “Parisdə bir məzar” adlı məqaləsində bu barədə belə yazıb: “Bir az o tərəfdə Əkbərağa Şeyxülislamov yatır. Yurdunun qurtuluşu uğrunda gənc yaşından bir çox məşəqqətlərə sinə gərmiş cəfakeş, idealist Əkbərağa.”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir