SİYASƏT
Erməni hərbçilərinin müharibə cinayətləri – Tərtərdə onlarla ev, ticarət və iaşə obyektləri dağıdılıb FOTO
















Tərtər, 1 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Tərtərdə rayon mərkəzini, qəsəbə və kəndləri, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 1-də düşmənin artilleriya atəşi nəticəsində Tərtər şəhərində, rayonun Şıxarx qəsəbəsində, məcburi köçkünlər üçün salınan yaşayış kompleksində, Yuxarı Qapanlı, Əskipara, Seydimli kəndlərində evlərə ciddi ziyan dəyib.
Həmçinin infrastruktura, kənd təsərrüfatı texnikalarına ziyan dəyib, mal-qara tələf olub.
AZƏRTAC-ın fotoqrafı Roman İsmayılovun Tərtər rayonunda çəkdiyi fotoları təqdim edirik.