Estoniya polisi qanunsuz əmək miqrasiyasının artmasından narahatdır
Tallin, 22 dekabr, AZƏRTAC
Estoniyada qeyri-qanuni əmək miqrasiyası hüquq-mühafizə orqanlarının böyük narahatlığına səbəb olub.
AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, ölkəyə üz tutan turistlər Estoniyadan tranzit ölkə kimi istifadə etmirlər, burada qalaraq qeyri-qanuni şəkildə işləmək istəyirlər.
Bildirilib ki, ölkədə iqtisadiyyatın bərpası və işçi çatışmazlığının artması ilə əlaqədar Ukrayna, Moldova və Tacikistandan ölkəyə getdikcə daha çox qeyri-qanuni qonaq işçi gəlir.
Qeyd olunub ki, viza rejiminin və əmək fəaliyyəti şəraitinin pozulmaları miqrasiya qanunpozmaları statistikasında bu halların təxminən yarısını təşkil edir. Ölkədə qeyri-qanuni yaşama hallarının minindən təqribən 500-ü əmək miqrantlarının payına düşür.
“Bu cür insanlar üçün Estoniya sadəcə təyinat ölkəsidir və onlar statistikamızın əsas payını təşkil edirlər. Təbii ki, biz insanların Estoniyaya köçməsinə mane olmaq istəmirik. Əksinə, xoş gəliblər! Lakin bu, qanuna əsaslanaraq və əmək bazarımızın qaydalarına uyğun şəkildə həyata keçirilməlidir. Qeyri-qanuni miqrasiya hansı məqsədlə həyata keçirilməsindən asılı olmayaraq bütün iqtisadiyyata təsir göstərir. Xüsusilə, bu, əmək bazarının normal fəaliyyətinə mane olur”, − deyə Polis və Sərhəd Mühafizəsi Departamentinin direktor müavini Egert Beliçyev bildirib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:25]
Media: Rumıniya üzərindən yeni optik maqistral xətt istifadəyə verilib
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]