“Grand Chess Tour”: Şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb. Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [20:42]
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin mükafatçısı olub
- 14.05.2026 [20:31]
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında gümüş medal qazanıb
- 14.05.2026 [19:33]
İdman gimnastikası üzrə “AGF Trophy” turnirinin ilk günü başa çatıb VİDEO
- 14.05.2026 [19:24]
Astanada türkdilli ölkələrin şahmat çempionatına start verilib
- 14.05.2026 [17:20]
"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb
- 14.05.2026 [17:05]
“Real Madrid”də növbədənkənar prezident seçkiləri keçiriləcək
- 14.05.2026 [16:20]