CƏMİYYƏT


Hande Harmancı: "Delta" ştamına qarşı yeni mübarizə üsulu yoxdur

Bakı, 15 iyul, AZƏRTAC

Yeni növ koronavirus (COVID-19) infeksiyasının "delta" ştamına qarşı yeni mübarizə üsulu yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, “delta” ştamı digərlərinə nisbətən daha sürətlə yoluxur: “Azərbaycanda da qeydə alınan “delta” variantından qorunmaq üçün vətəndaşlar ölkədə istifadə edilən peyvəndlərdən istədiklərini vurdura bilərlər: "Üstəlik, gigiyenik qaydalara mütləq əməl edilməlidir. İsti havalarla əlaqədar açıq havada daha çox vaxt keçiririk. Amma qış aylarında qapalı məkanlarda toplaşmalar daha çox olur. İstənilən halda, kiçik məkanlarda qoruyucu maskalardan mütləq istifadə edilməlidir. Əgər bu şərtlərə əməl edə bilsək, həm özümüzü, həm də yaxınlarımızı qorumuş olarıq. Virusla mübarizə artıq bir ildən çoxdur aparılır. Yəni, yoluxmalar artan zaman hər kəs nə etməli olduğunu yaxşı bilir. Beləliklə, vətəndaşlar özlərinə və ətraflarının qorumağa davam etməlidir”.

Qeyd edək ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də koronavirusun “delta”, 9-da isə “alfa” variantı aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.