İDMAN


İngiltərə millisinin futbolçusu “Avro-2020”də rekorda imza atıb

Bakı, 14 iyun, AZƏRTAC

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem Avropa çempionatları tarixinin ən gənc futbolçusu adına sahib olub.

AZƏRTAC xəbər verir ki, futbolçu qitə birinciliyinin D qrupu çərçivəsində keçirilən İngiltərə-Xorvatiya oyununda meydana 17 yaş 349 günündə meydana çıxıb. Əvvəllər rekord niderlandlı futbolçu Yetro Villems məxsus olub. O, 18 yaş 71 günündə ikən qitə çempionatında forma geyinib.

"Birmingem"in yetirməsi olan Bellingem 2020-ci ilin yayında 23 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubuna keçib. Futbolçunun klub ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.