İspaniyada fiziki imkanları məhdud olan şagirdlər adi məktəblərə gedəcəklər
Madrid, 12 yanvar, AZƏRTAC
İspaniya hökuməti fiziki imkanları məhdud olan 35 min şagirdi adi siniflərə keçirməyi planlaşdırır. Əlil uşaqların adi məktəblərə qəbul edilməsi əlillər təşkilatlarının beynəlxalq miqyasda tələbidir. İspaniyanın 2008-ci ildə imzaladığı “Əlillərin hüquqları haqqında” BMT Konvensiyasını da məhz onlar irəli sürüblər.
AZƏRTAC xəbər verir ki, BMT-nin fiziki imkanları məhdud olan insanların hüquqlarını müşahidə edən komitəsi belə şagirdləri sistemli şəkildə xüsusi təhsil mərkəzlərinə göndərdiyinə görə 2018-ci ildə İspaniyaya qarşı çox kəskin məruzə hazırlayıb. Komitənin fikrincə, bu praktika məktəbdə ədalətsiz seqreqasiya kimi nəzərdən keçirilməlidir. Ekspertlərin çoxu belə bir fikirlə razıdır ki, bu cür uşaqları ümumtəhsil məktəblərində oxutmaq, onları zəruri resurslarla təchiz etmək daha düzgün olardı.
İspaniyanın Fiziki İmkanları Məhdud olan İnsanlarla İş üzrə Komitəsinin məlumatına görə, hazırda bu məsələnin təhsil haqqında yeni qanuna daxil edilməsi nəzərdən keçirilir. Gözlənildiyinə görə, qanun layihəsi ayın sonunda Nazirlər Kabinetinə təqdim olunacaq, bundan sonra parlament proseduru başlayacaq.
Qanun çərçivəsində indiki xüsusi məktəbləri ərazi dəstək mərkəzlərinə çevirmək də planlaşdırılır. Bu məktəblərin işçiləri öz vəzifələrini adi siniflərdə icra edəcəklər. Bildirilir ki, heç kim işdən çıxarılmayacaq, əksinə, ümumtəhsil məktəblərinə daha çox mütəxəssis cəlb olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [10:41]
Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”
- 18.05.2026 [10:27]
BMT: Nüvə terroru təhlükəsi heç vaxt bugünkü qədər yüksək olmayıb
- 18.05.2026 [08:37]
Media: Pentaqon İrana zərbələr endirilməsi üçün planlar hazırlayıb
- 18.05.2026 [07:58]
Çinin cənubunda zəlzələ baş verib, minlərlə insan təxliyə edilib
- 18.05.2026 [05:25]
FT: Qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur
- 18.05.2026 [03:11]
Səudiyyə Ərəbistanı hava məkanına daxil olan üç dronu ələ keçirib
- 18.05.2026 [01:20]
Qrenlandiya üzrə ABŞ-nin xüsusi nümayəndəsi adaya gəlib
WUF13-ün ikinci günü – FOTOLAR
- [11:41]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [22:19]
Bolnisidə Atatürkün xatirəsi anılıb
- 17.05.2026 [21:57]
Malini Mehra: WUF13 çoxtərəfli tərəfdaşlıq üçün mühüm imkan yaradır
- 17.05.2026 [21:50]
Tramp: Vaxt İranın əleyhinə işləyir
- 17.05.2026 [21:21]
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
- 17.05.2026 [20:58]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib
- 17.05.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 17.05.2026 [20:00]
“Sabah”a qalib gələn “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb
- 17.05.2026 [19:59]
İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi
- 17.05.2026 [19:58]