İstanbulun rəmzləri hesab edilən üç körpü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb
İstanbul, 28 may, AZƏRTAC
İstanbulun rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illiyi münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. İstanbulun tarixində ilk dəfə olaraq hər üç körpü Azərbaycan bayrağının rənglərinə bürünüb.
AZƏRTAC xəbər verir ki, körpülərin işıqlandırılması Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin Avtomobil Yolları Dövlət Müdürlüyü və İstanbul Valiliyinin dəstəyi ilə baş tutub.
Körpülərin işıqlandırılması mayın 28-də də davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Respublika Günü münasibətilə yalnız “Fatih Sultan Mehmet” körpüsü iki dəfə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:35]
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
- 24.09.2026 [15:29]
Oman nümayəndə heyəti “ASAN xidmət”də olub
- 24.09.2026 [15:26]
Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
- 24.09.2026 [14:58]
“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO
- 24.09.2026 [13:45]
Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]