HEYDƏR ƏLİYEV - 100


Ordubad rayonunda “Azərbaycan – Türkiyə ipək bağı” salınıb

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr, eyni zamanda rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlər Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən çox tut tingi əkiblər.

Səlahiyyətli nümayəndə rayonda vaxtilə baramaçılıqla məşğul olan sakinlərlə söhbət edib, xatirə şəkli çəkdirilib.

Tut tinglərinin əkilməsində məqsəd gələcəkdə muxtar respublikada baramaçılığın inkişaf etdirilməsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.