Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor İbrahim Zeynalov: Xalqımız tezliklə torpaqlarımızın tamamilə işğaldan azad olunacağına inanır

Professor İbrahim Zeynalov: Xalqımız tezliklə torpaqlarımızın tamamilə işğaldan azad olunacağına inanır

Bakı, 9 oktyabr, AZƏRTAC

1988-1994-cü illərdə Ermənistan öz havadarlarının hərbi-texniki köməyilə torpaqlarımızın 20 faizdən çoxunu - Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, Xocalı faciəsini törədib, bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edilib. BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi, ölkənin respublikamıza qarşı işğalçılıq əməllərinin qarşısını almağı xahiş edib. Buna baxmayaraq qəti tədbir görülmədi, əksinə Ermənistan işğalçılığını genişləndirərək, 1992-1993-cü illərdə Azərbaycanın Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan torpaqlarını işğal etdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılığını pisləyən, onun işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onların heç biri hələ də yerinə yetirilməyib, əksinə təcavüzkarın təxribatları mütəmadi xarakter alıb. Bu ilin iyulunda erməni təcavüzkarları Azərbaycanın dövlət sərhədlərini Tovuz istiqamətində yenə də artilleriya atəşinə tutdu və nəticədə hərbçilərimiz və mülki şəxs həlak oldu, bir çox yaşayış evləri dağıdıldı, təsərrüfatlara ciddi zərər dəydi. Buna cavab olaraq Azərbaycan Ordusu düşmənə layiqli cavab və dərs verdi. Nəticədə Ermənistan çoxlu sayda itkilərə məruz qaldı; o, təkcə fiziki, hərbi deyil, həm də siyasi, mənəvi, psixoloji məğlubiyyətə uğradı. Əfsuslar olsun ki, düşmən bütün bunlardan nəticə çıxarmadı. Təcavüzkar Ermənistanın silahlı qüvvələri sentyabrın 27-də genişmiqyaslı təxribat törədərək cəbhəboyu ərazilərdə yerləşən Azərbaycan Ordusunun mövqelərini iri çaplı silahlardan, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutaraq mülki vətəndaşları və hərbçiləri qətlə yetirdilər. Bununla onlar beynəlxalq hüquqa zidd hərəkətlərini və bu ölkənin yeni təcavüz planlarına nail olmaq üçün bütün vasitələrdən, o cümlədən müharibə cinayətlərindən istifadə etdiyini bütün dünyaya açıq şəkildə göstərdilər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsini icra edən professor İbrahim Zeynalov söyləyib. O bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini (822, 853, 874 və 884) kobud şəkildə pozaraq Azərbaycanın sərhədboyu zonalarından çox-çox uzaqda yerləşən yaşayış məntəqələrini, o cümlədən Gəncə, Beyləqan, Bərdə, Göygöl, Zərdab, Ağcabədi, Şəmkir, Xaçmaz, Mingəçevir və digər şəhər və kəndlərimizin mülki əhalisini, mülki obyektləri, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəbləri raketlə atəşə məruz qoyub. Həmçinin Ermənistan təkcə mülki əhalinin yaşadığı şəhər və kəndləri atəşə tutmaqla yox, həm də işğal olunmuş Dağlıq Qarabağ ərazilərində, o cümlədən Xankəndi və Şuşa şəhərlərində əcnəbiləri məskunlaşdırmaqla Cenevrə Konvensiyasını kobud şəkildə pozub.

Təcavüzkarlar atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, cəbhə xəttində və sərhəd bölgələrində Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini hədəfə alaraq ağır cinayətlər törətməkdədir. Həmçinin sentyabrın 27-dən oktyabrın 8-dək təcavüzkarın Azərbaycanın Tərtər, Ağdam, Cəbrayıl, Beyləqan, Ağcabədi, Şəmkir, Horadiz, Goranboy, Göygöl və digər ərazilərini, yaşayış məntəqələrini, mülki obyektləri intensiv raket atəşlərinə tutması nəticəsində Azərbaycan əhalisi arasında itkilər, yaralananlar və çoxlu sayda dağıntılar var. Ermənistanın silahlı qüvvələrinin təxribatlarının qarşısını almaq, 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əks-hücum əmrini və bütün cəbhəboyu ordumuzun əməliyyatlara başlamasını xalqımız böyük sevinclə qarşıladı. Bu müqəddəs işdə Prezidentlə həmrəy olduqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan etdilər. Ən müasir silahlarla təmin olunan Azərbaycan Ordusu təcavüzkarlara ağır zərbələr endirərək Cəbrayıl şəhərini, Karxuluq, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad və digər kəndləri, yaşayış məntəqələrini, həmçinin Murov dağı silsiləsindəki Murov zirvəsi, Suqovuşan, Talış yüksəkliklərini düşməndən azad edib. Cəbrayıl şəhəri və bu rayonun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətdə bir neçə strateji yüksəkliklər azad edilib. Hazırda Füzuli, Ağdərə, Hadrut və digər işğal altında olan Azərbaycan əraziləri uğrunda şiddətli döyüşlər davam edir.

“Azərbaycan Ordusu cəbhə zonasında, bütün istiqamətlərdə Ermənistanın işğalçı qüvvələrinə qarşı döyüşləri uğurla davam etdirir. Ermənistan silahlıları ən müasir hərbi texnika ilə təchiz olunan Azərbaycan ordusu qarşısında davam gətirə bilmir, ciddi zərbələr alaraq geri çəkilir, silah-sursatlarını döyüş meydanında qoyub qaçırlar. Torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandanımızın tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə yerinə yetirən Azərbaycan Ordusu tərəfindən ağır itkilərə məruz qalan düşmən ölkənin hərbi-siyasi rəhbərliyi təşviş içindədir. İndi Ermənistanda hər kəs Qarabağ müharibəsində uduzduqlarını anlamaqdadır.

Hazırda Azərbaycan Ordusu Vətən müharibəsini qələbə ilə sona çatdırmaq üçün əks-hücum əməliyyatını uğurla davam etdirir. Ordumuzun uğurlu əks-hücumları nəticəsində ötən müddətdə düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və zərərsizləşdirilib. Eyni zamanda, şanlı ordumuzun əks hücumları zamanı bütün istiqamətlərdə düşmənə ağır zərbələr endirilməklə təcavüzkarın xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət kimi götürülüb. Xalqımız Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına inanır, tezliklə Qələbənin əldə olunacağına, torpaqlarımızın tamamilə işğaldan azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inanır. Qarabağ Azərbaycandır!”, - deyə İbrahim Zeynalov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb