CƏMİYYƏT


Şağandakı internat evi ziyarət olunub

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 6-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Şağan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün 200 yerlik internat evini ziyarət ediblər.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Yerli Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə internat evində olan ziyarətçilər uşaqları bayram azuqələri ilə sevindirib, internat evinin vəziyyəti ilə yaxından tanış olublar.

İnternat evinin rəhbərliyi və kollektivinə Dövlət Komitəsinin fəaliyyəti barədə qısa məlumat verən Komitə əməkdaşları Azərbaycan diasporunu və ölkəmizə dost olan dünya xeyriyyə təşkilatlarını da bu cür sosial layihələrə cəlb etmək barədə planlarının olduğunu qeyd ediblər. Bildirilib ki, bununla bağlı Dövlət Komitəsində müvafiq strategiya da hazırlanıb. Strategiyada Azərbaycan diaspor üzvlərinin ölkəmizə səfəri zamanı qayğıya ehtiyacı olan insanları ziyarət etməsi, onlara maddi yardımlar göstərilməsi, onların müalicəsi və müayinəsi işlərində fəal iştirak etməsi kimi məsələlər nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.