REGİONLAR


Sürətli oxu müsabiqəsinə start verilib

Tərtər, 11 yanvar, AZƏRTAC

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Kitabların qanadlarında” adlı sürətli oxu müsabiqəsinə start verilib.

Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, üç mərhələdə keçiriləcək müsabiqənin hər mərhələsində 3 fəal oxucu seçiləcək. Qaliblər final mərhələdə müəyyən edilərək, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin Regional İdarənin tabeliyində olan digər şəhər və rayon nümayəndəliklərində də təşkil edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.