SİYASƏT
Türkiyənin Milli Müdafiə Nazirliyi: Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır
İstanbul, 21 sentyabr, AZƏRTAC
Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Azərbaycan əsgərinin şəhid edilməsi ilə bağlı açıqlamada ifadə edilib.
Nazirlikdən verilən açıqlamada deyilib: “Yuxarı Qarabağı qanunsuz işğal edən Ermənistan indi də Tovuz bölgəsində atəşkəsi pozaraq bir qəhrəman Azərbaycan əsgərimizi şəhid etdi. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul