® “Agrodairy”nin dəstəyi ilə ölkə gənclərimiz beynəlxalq yarışmada iştirak edib
Ölkəmizi təmsil edən FeelFiber komandası “Agrodairy” və SAB şirkətlərinin dəstəyi və sponsorluğu ilə sosial problemlərin həllinə cəlb yönəlmiş tələbələr arasında sahibkarlıq və innovasiyaları təşviq edən beynəlxalq Hult Prize müsabiqəsində uğurla iştirak edərək Lissabonda keçirilən final mərhələsinə vəsiqə qazanıb.
Belə ki, həmyerlilərimiz Cavidan Zeynalov, Aydan Quliyeva və Bənövşə Məmmədova FeelFiber komandası ilə dünyanın müxtəlif ölkələrindən 200.000 iştirakçının qatıldığı Hult Prize yarışmasında iştirak edərək final mərhələsinə vəsiqə qazanıblar. 2023-cü il iyunun 25-də onlar, Lissabon şəhərində keçirilən final mərhələsində iştirak etmək üçün seçilmiş ən yaxşı 700 komanda arasında yer alıblar. Yarışma çərçivəsində yerli komandamız ölkəmizin tekstil sənayesində inqilab etmək missiyası ilə FeelFiber komandası, ekoloji cəhətdən təmiz materiallar istehsal etmək məqsədilə, təbii bitki liflərindən istifadə edərək yenilikçi bir həll təqdim ediblər.
Kənd təsərrüfatı sahəsində innovativ həllərə imza atan “Agrodairy” şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov yerli gənclərimizin layihəsinin şirkət tərəfindən dəstəklənilməsinə dair fikir bildirib. “Həm gənclərə və onların yeni ideyalarına dəstək olmaq, həm də ölkəmizdə ekoloji cəhətdən dayanıqlılıq mövzusunun daha geniş inkişafına töhfə vermək bizim diqqət yetirdiyimiz mövzulardandır”, - deyə N.Əmirbəyov bildirib.
Azərbaycanda qida sənayesində öz yeri, sözü olan SAB şirkətinin baş icraçı direktoru Elnur Badalov da qeyd edib ki, rəhbərlik etdiyi şirkət mütəmadi olaraq novator, kreativ gəncliyə dəstək olur və onların ideyalarının uğurla realizə olunmasına dəstək verməkdən məmnunluq duyur.
“Agrodairy” şirkəti olaraq FeelFiber komandasının Hult Prize yarışında iştirak etməsi üçün lazımi maliyyə dəstəyinin göstərməyimizdən qürur duyuruq. Biz birlikdə səmərəli sahibkarlığı inkişaf etdirməyə və dünya birliyində müsbət dəyişiklikləri təşviq etməyə hər zaman hazırıq.
#HultPrize #FeelFiber #Agrodairy