"Birlik Karvanı" Astanaya yola düşüb
Astana, 31 avqust, AZƏRTAC
Sentyabrın 8-dən 13-dək Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunları ərəfəsində Türküstan bölgəsində “Birlik kerueni" ("Birlik Karvanı") layihəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində karvan Türküstandan paytaxta yollanıb. Müxtəlif bölgələrdən olan idmançıların iştirakı ilə yerlərdəki müqəddəs bulaqlardan və quyulardan su götürülərək Astana şəhərinə çatdırılacaq.
V Ümumdünya Köçəri Oyunları 21 idman növü üzrə keçiriləcək. Tədbirdə 89 ölkədən təxminən 2800 nəfərin iştirak edəcəyi gözlənilir. Onlar 97 dəst medal uğrunda yarışacaqlar.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]