"Orxus"un baş məşqçisi: "Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi
Bakı, 11 avqust, AZƏRTAC
İkinci hissədə çox böyük səhvlər etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Orxus” klubunun baş məşqçisi Yakop Poulsen UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Masazırda “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
"Sabah" kimi komandaya topu verdinsə, cəzalanacaqsan. Artıq oyunun ikinci yarısında rəqib təzyiqi artırdı, biz də müdafiədə səhvlər etdik. Biz yaxşı oyun sərgiləyə bilmədik. "Sabah" növbəti mərhələyə yüksəlməyə layiq idi", - deyə baş məşqçi qeyd edib.
O, "Sabah"ın peşəkar futbolçulardan ibarət komanda olduğunu bildirərək, "Ən çox İvan Lepinitsanı fərqləndirərdim", - deyə əlavə edib.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 5:2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [18:58]
“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir
- 19.08.2026 [18:03]
Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
- 19.08.2026 [17:59]
“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
- 19.08.2026 [17:27]
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
- 19.08.2026 [16:36]
Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb
- 19.08.2026 [16:26]
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
- 19.08.2026 [15:18]
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- 19.08.2026 [14:57]