"Sabah"ın futbolçusu: Meydanda böyük iradə və əzm nümayiş etdirdik
Bakı, 11 avqust, AZƏRTAC
Çətin oyun oldu, amma böyük iradə və əzm nümayiş etdirərək meydandan qələbə ilə ayrıldıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Timoteuş Puxaç UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Masazırda “Orxus”u 4:0 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Rəqibin güclü və çətin komanda olduğunu bildirən futbolçu qarşılaşmanın asan keçmədiyini vurğulayıb: “Zənnimcə, çətin oyun oldu. Rəqib hazırlıqlı komandadır və bunu meydanda da göstərdilər. Qələbə asan başa gəlmədi. Lakin meydanda böyük iradə və əzm nümayiş etdirdik. Buna görə də meydanı qələbə ilə tərk etdik”.
T.Puxaç görüşün gedişatını da dəyərləndirib. O, komandasının bir sıra qol imkanlarından yararlana bilmədiyini, lakin mübarizəni sona qədər davam etdirdiklərini qeyd edib: “Bəli, gərgin və intensiv oyun oldu. Çoxlu qol imkanlarımız var idi. Bir neçə fürsəti əldən verdik. Buna baxmayaraq, mübarizəni davam etdirdik və sonda istəyimizə çatdıq”.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən rəqibini 5:2 hesabı ilə məğlub edən "Sabah" adını Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Müxbir - Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [18:58]
“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir
- 19.08.2026 [18:03]
Azərbaycan taekvondoçusu Prezident Kubokunda bürünc medal qazanıb
- 19.08.2026 [17:59]
“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
- 19.08.2026 [17:27]
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
- 19.08.2026 [16:36]
Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb
- 19.08.2026 [16:26]
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
- 19.08.2026 [15:18]
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- 19.08.2026 [14:57]