AAYDA-nın sədri İsmayıllıda vətəndaşlarla görüşəcək
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov iyulun 21-də İsmayıllı rayonunda vətəndaşlarla görüşəcək.
AAYDA-dan AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin İsmayıllı rayonu “9 №-li Yol İstismarı” və Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq reallaşacaq.