ABBA qrupuna İsveç kral sarayının mükafatı veriləcək
Bakı, 24 mart, AZƏRTAC
İsveç kralı XVI Karl Qustav ABBA qrupunun üzvləri Benni Andersson, Anni-Frida Reys (Linqstad), Byorn Ulveus və Aqnet Feltskoqu son 50 ildə hələ heç kimə verilməyən Vaza cəngavər ordeni ilə təltif etmək qərarına gəlib. Mükafatlandırma mərasimi bu il mayın 31-də Kral sarayında keçiriləcək.
AZƏRTAC kral sarayının rəsmi saytına istinadla xəbər verir ki, qrup üzvləri “İsveçə və beynəlxalq aləmə görkəmli töhfələrinə görə” birinci dərəcəli komandor ordeni ilə təltif olunacaqlar.
Vaza ordeni - Qılınc, Şimal ulduzu və Serafim ilə birlikdə İsveçin dörd Cəngavər ordenindən biridir. İsveçdə Cəngavər ordenlərini almaq üçün müraciət edənlər ictimaiyyət arasında nüfuzlu şəxslərdir. Bu təklifləri Əlahəzrətin ofisində xüsusi şura nəzərdən keçirir və hazırlayır. Mükafatın verilməsi qərarını əvvəlcə hökumət dəstəkləməli, daha sonra isə kral bu qərarı imzalamalıdır.
Vaza ordeninin nişanı, mərkəzində qırmızı emallı qızıl halqa ilə əhatə olunmuş iki oraqlı qızıl dərz olan ağ emallı Malta xaçından və üzərindəki “Təsisçi Üçüncü Qustav, 1772” yazısından ibarətdir. Ordenin ən mühüm bəzəyi üzərindəki kral tacı nişanıdır.
XVI Karl Qustavın hakimiyyətinin başlanğıcı ABBA-nın dünyada populyarlığının artması ilə üst-üstə düşüb. 1974-cü ildə “Avroviziya” mahnı müsabiqəsində “Waterloo” mahnısı ilə qalib gələn kvartet, 1976-cı ilin iyun ayında, XVI Karl Qustav və gələcək Kraliça Silviya Zommerlatın toyundan əvvəl televiziya konserti zamanı “Dancing Queen” (Rəqs edən kraliça) mahnısını ifa edib. 2022-ci ilin may ayında isə monarx və həyat yoldaşı Londonda “ABBA Voyage” musiqi şousunun premyerasında iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [03:37]
Aİ və Avstraliya azad ticarət sazişi üzrə danışıqları yekunlaşdırıb
- 22.09.2026 [03:26]
SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
- 22.09.2026 [02:18]
Media: MKİ rəhbəri Zelenski ilə İrlandiyada görüşüb
- 22.09.2026 [01:40]
Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
- 22.09.2026 [00:05]
Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb
- 21.09.2026 [23:54]
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:28]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 21.09.2026 [23:04]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]
Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 21.09.2026 [18:26]
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
- 21.09.2026 [18:26]
Energetika Nazirliyində İctimai Şuranın növbəti iclası baş tutub
- 21.09.2026 [18:11]
Azərbaycanın U-20 millisi yoxlama oyununda heç-heçə edib
- 21.09.2026 [17:53]
Bakı və Hamburq limanları arasında əməkdaşlıq güclənir
- 21.09.2026 [17:49]
Bakı beynəlxalq telekommunikasiya ekspertlərini bir araya gətirib
- 21.09.2026 [17:48]
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
- 21.09.2026 [17:48]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [17:40]
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
- 21.09.2026 [17:33]
Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir
- 21.09.2026 [17:28]
AQTA: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
- 21.09.2026 [17:23]
AFFA-da Region Liqasının yeni mövsümünün formatı təqdim olunub
- 21.09.2026 [17:22]
“Sülhün rəngləri” adlı inklüziv rəsm sərgisi təşkil olunub
- 21.09.2026 [17:20]
Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK
- 21.09.2026 [17:08]
Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib
- 21.09.2026 [17:07]
Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar
- 21.09.2026 [17:05]
Sabah Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
- 21.09.2026 [16:56]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:34]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [16:26]
Göylərdə keçən ömür – Rafiq Səlimovun xatirələri
- 21.09.2026 [16:12]