ABF rəsmisi: Millimiz FIBA Çempionlar Kubokunda maksimum gücünü ortaya qoyacaq
Bakı, 20 fevral, AZƏRTAC
FIBA Çempionlar Kubokunda yer aldığımız qrup kifayət qədər güclüdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov ilk dəfə FIBA Çempionlar Kubokunda mübarizə aparacaq qadınlardan ibarət 3x3 basketbol millisinin şanslarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, İspaniya və Kanada kimi yüksək basketbol ənənəsi olan komandalarla yanaşı, meydan sahibi Tailand yığması da doğma azarkeşlər önündə əlavə motivasiya ilə oynayacaq: “Bu faktları nəzərə alsaq, qrupdan çıxmaq heç də asan olmayacaq. Amma ilk dəfə iştirak etdiyimiz turnirdə maksimum gücümüzü ortaya qoyub qrupdan çıxmağa çalışacağıq. Qızlarımızın oyun ritmi və psixoloji hazırlığı burada əsas rol oynayacaq”.
ABF rəsmisi hədəflərdən də söz açıb: “Debütant olduğumuz bu turnirdə minimum hədəf kimi, ilk növbədə, rəqabətədavamlı bir oyun göstərmək niyyətindəyik. Bildiyiniz kimi, turnirin qalibi 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat bileti qazanacaq. Məhz bu amil komandalar arasındakı rəqabəti daha da artırır. Qrupdan çıxmaq isə yüksək səviyyəli bir turnirdə, xüsusilə debüt ilimizdə uğurlu nəticə kimi qiymətləndirilə bilər. Əminliklə deyə bilərəm ki, qızlarımız sona qədər döyüşəcək”.
Qeyd edək ki, Çempionlar Kuboku martın 13-15-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]