“Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcək
Bakı, 4 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır. Seçimin başa çatması nəzərə alınaraq abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent məsləhət mərkəzləri” avqustun 5-də - şənbə günü də fəaliyyət göstərəcək.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Abituriyent məsləhət mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Avrasiya universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin DİM-in Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.
Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.
Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 31-dən başlanıb və avqustun 7-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]