ABŞ-da Altsheymer xəstəliyinin müalicəsi üçün yeni dərmanın istifadəsinə icazə verilib
Bakı, 7 yanvar, AZƏRTAC
ABŞ-ın Qida məhsullarına və dərman preparatlarına sanitar nəzarət idarəsi Altsheymer xəstəliyinin (yaddaşın pozulması ilə başlayan neyrodegenerativ xəstəlik) müalicəsi üçün “Leqembi” adlı dərmanının istifadəsinə icazə verib.
AZƏRTAC xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən məlumata görə, preparat təkcə xəstəliyin simptomlarını aradan qaldırmağa deyil, həm də onunla mübarizəyə yönələn ən son müalicə vasitəsidir. Yaponiyanın “Eisai” və ABŞ-ın “Biogen” əczaçılıq kompaniyalarının birgə hazırladıqları “Leqembi” əhalinin yüksək tələbatı və xəstəliyə qarşı effektivliyi səbəbindən sürətləndirilmiş proseslə təsdiqlənib.
Preparat yüngül koqnitiv pozuntusu olan 865 pasiyent üzərində sınaqdan keçirilib. “Leqembi” dərmanını qəbul edən xəstələrdə daha yaxşı müalicə nəticələri əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]