Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da Azərbaycan tarixinin naməlum səhifələrindən bəhs edən kitab nəşr olunub

ABŞ-da Azərbaycan tarixinin naməlum səhifələrindən bəhs edən kitab nəşr olunub

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanlı tarixçi Teymur Atayevin “Azerbaijan: a Thorny Path to Freedom (1987-1998). The Unknown Pages of History (“Azərbaycan: azadlığa aparan çətin yol (1987-1998). Tarixin naməlum səhifələri”) kitabı “M-Graphics Publishing” Amerika nəşriyyatında işıq üzü görüb. Kitabda başa çatmış Qarabağ münaqişəsinin tərəflərindən birinin - Azərbaycan tərəfinin hadisələrə baxışı və mövqeyi ilk dəfə ingilis dilində əks olunur.

AZƏRTAC xəbər verir ki, kitab müstəqil iş kimi qəbul edilə bilər. Lakin müəllif özü qeyd edir ki, bu iş onun iki erkən tədqiqatının davamıdır: “Rusiya, Ukrayna, Belarus və Baltik əraziləri uğrunda geosiyasi mübarizənin tarixindən. Rusiyada xristianlığın qəbulundan I Pyotra qədər” (2017) və “Rusiyanın Qafqaz toqquşmaları. I Pyotrdan İosif Stalinə qədər” (2017). Buna görə də demək olar ki, T.Atayevin yeni kitabı faktiki olaraq trilogiyanın son hissəsidir.

Teymur Atayevin gəldiyi ən maraqlı qənaətlərdən biri münaqişənin qızışdırılması, onunla manipulyasiya edilməsi, mərkəzdən həyata keçirilməsidir. Onun baş rejissorları Kremldə otururdular. İki xalqın qarşılıqlı münasibətlərinin dramatik tarixi hakimiyyət orqanları tərəfindən həyasızcasına və müəllifin fikrincə, tamamilə düşünülmüş şəkildə Sovet İttifaqının dövlətdaxili sərhədlərinin zorakılıqla və de-yure qeyri-qanuni dəyişdirilməsi - ovaxtkı DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayəti) Azərbaycanın suverenliyindən çıxarılması və Ermənistanın tərkibinə daxil edilməsi üçün bəhanə olaraq istifadə olunub.

Cənubi Qafqazda sabitliyin pozulması azərbaycanlı əhalinin Ermənistandan qovulması və ovaxtkı DQMV-nin Xüsusi İdarəetmə Komitəsinin yaradılması vasitəsilə Moskvanın yurisdiksiyasına faktiki keçirilməsi ilə (Kremlin qərarı ilə) başladı, bu da sonrakı hadisələrin xarakterini müəyyən etdi.

Teymur Atayev tərəfindən təqdim edilmiş materiallarla tanışlıqdan sonra Azərbaycandakı milli-azadlıq hərəkatı tamamilə digər mövqelər tərəfindən qəbul edilir. Bu mənzərə, qərəzli sovet və Qərb mediasının təqdim etdiyindən heyrətamiz dərəcədə fərqlənir. Müəllif onun süni şəkildə radikallaşdırılmasına aparan səbəbləri göstərir və 1990-cı ilin yanvarında Azərbaycan xalqının faciəsinə çevrilmiş sovet ordusunun Bakıya daxil olmasına öz qəddarlığı ilə dəhşətli bəraət qazandırmaq üçün dünya ictimai fikrini anti-Azərbaycan ruhunda məharətlə formalaşdıran rejissor və ifaçıların məqsədlərini açıqlayır.

Sovet ordusunun Bakıda barbar hərəkətləri, eyni zamanda, azərbaycanlıların siyasi mənlik şüurunun oyanması və konsolidasiyası üçün güclü stimul rolunu oynadı. 1990-cı ilin yanvarında Sovet Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının döyüş gəmilərinin Bakı buxtasına çıxışını bağlayan və Bakının Xəzər dənizindən blokadaya alınmasının qarşısını alan Azərbaycan gəmilərinin matroslarının müəllifin təsvir etdiyi qəhrəmanlıq hərəkətləri həm heyranlığa, həm də hörmətə səbəb olur. Teymur Atayevin təqdim etdiyi dəlillər sayəsində 1990-cı ilin yanvarında Azərbaycan televiziyasının partlaması ilə bağlı vəziyyət tamamilə yeni aspektdə görünür.

Monoqrafiyada Teymur Atayev tərəfindən analitik qeydlərin müşayiəti ilə səsləndirilən digər faktları da göstərmək olar.

Cənubi Qafqazda hadisələri müəyyən etmiş və indi də müəyyən etməyə davam edən əsas geosiyasi amillər arasında Teymur Atayev Azərbaycanın neft-qaz ehtiyatlarını qeyd edir. Belə yanaşma trilogiyanın ikinci hissəsində ətraflı açıqladığı müəllif baxışının məntiqi davamıdır.

Teymur Atayevin “Azərbaycan: azadlığa aparan çətin yol (1987-1998). Tarixin naməlum səhifələri” kitabında təsvir olunan faktlar və hadisələr, eləcə də onların müəllif traktovkası, həm beynəlxalq gündəliklə maraqlanan geniş oxucu kütləsi, həm də Cənubi Qafqaz və postsovet məkanı ilə məşğul olan beynəlxalq sahədə mütəxəssislər üçün yeni, maraqlı, çox vaxt isə gözlənilməz olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub