ABŞ-da Demokratlar Partiyası Pentaqon rəhbərinin istefasını tələb edir

Vaşinqton, 26 mart, AZƏRTAC
ABŞ-da məxfi məlumatın “Signal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir.
AZƏRTAC-ın məlumatına görə, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə katibi Pit Heqseti istefaya çağırıblar. Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər. Qeyd olunub ki, ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlikdir.
Qeyd edək ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən Tramp administrasiyasının “Signal” tətbiqindəki yazışma qrupuna daxil edildiyini və orada ABŞ-ın Yəməndə husilərə hücum planının detallarının açıqlandığını deyib. Bu gün isə “Atlantik” dərgisi söhbətin davamını yayımlayıb və orada müdafiə katibinin döyüş təyyarələrinin dəqiq hücum vaxtlarına dair paylaşımı qeyd olunub.
Milli təhlükəsizlik müşaviri Mayk Vals müdafiə katibi, vitse-prezident və Tramp administrasiyasının digər yüksəksəviyyəli rəsmilərinin də daxil olduğu yazışmaya baş redaktorun əlavə edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. İki gündür Konqresdə hadisə ilə bağlı dinləmələr keçirilir. ABŞ rəsmiləri yazışmalarda məxfi məlumatın paylaşılmadığını iddia edirlər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [18:39]
Fransa prezidenti Madaqaskar xalqından üzr istəmədi və şübhəli vəd verdi
- 25.04.2025 [18:20]
Makrona sərt cavab: Mayot Qəmər adalarınındır
- 25.04.2025 [17:37]
“Intel” kompaniyasının yeni baş direktoru “çətin qərarını” açıqlayıb
- 25.04.2025 [16:46]
Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
- 25.04.2025 [16:24]
Tramp: Nizamlanma prosesinin sonunda Krım Rusiyada qalacaq
- 25.04.2025 [16:19]
Almaniyada polis atəşi ilə ölənlərin sayı rekord həddə çatıb
- 25.04.2025 [16:10]