Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçal terminalında olub

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Cəkobs bu gün Səngəçal terminalında olub. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində cümə günü keçiriləcək nazirlərin 11-ci toplantısında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, terminalda Erik Cəkobsu və onu müşayiət edən ABŞ rəsmilərini bp-nin vitse-prezidenti Kolin Allan, Səngəçal terminalının istehsalat üzrə meneceri Eldəniz Məmmədov və bp-nin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıblar.

Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başladı.

Qivami Rəhimli Azərbaycanın neft sənayesinin xronologiyası barədə qonaqlara ətraflı məlumat verib. Xəzər Enerji Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması və terminalda yerləşən BTC əsas nasos stansiyası ərazisində keçirilən təntənəli mərasim vaxtına təsadüf edib.

Bildirilib ki, Prezident İlham Əliyev və Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu ilə birlikdə qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzinin rəsmi açılışını elan edib. Tədbirdə iştirak edən ali qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Neft sənayesində Azərbaycanın əldə etdiyi nailiyyətləri qonaqların diqqətinə çatdıran Qivami Rəhimli bildirib ki, dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusu 1846-cı ildə Bakıda - Bibiheybət ərazisində qazılıb. 1878-ci ildə Xəzər dənizində suya salınan Nobel qardaşlarının “Zərdüşt” (“Zoroastr”) gəmisi dünyada ilk neft tankeri, 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xətti dünyada ilk ən uzun neft kəməri (833 km) olub. Mtsxeta şəhəri yaxınlığında Bakı-Batumi marşrutu üzərində olan və bu günümüzə qədər gəlib çatmış nasos stansiyalarından biri hazırda Gürcüstanın mədəni irs siyahısına daxil edilib. Azərbaycan dünyada ilk dəfə olaraq 1949-cu ildə açıq dənizdən, Xəzərin “Neft daşları” yatağındakı platformadan neft çıxarmağa başlayıb və bu, Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb.

Eyni zamanda diqqətə çatdırılıb ki, bütün dünyada tanınan iş adamları Rotşildlər və Nobel qardaşları XIX əsrin ikinci yarısında Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Məşhur Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

Qivami Rəhimli bp şirkətinin regionda fəaliyyəti barədə qonaqlara geniş təqdimat edib. Qeyd olunub ki, 1991-ci ildə müstəqillik əldə edən Azərbaycan yeni neft erasına qədəm qoymuş, qlobal və regional güclərin toqquşan maraqlarını balanslaşdıraraq bp və tərəfdaşları ilə birlikdə Avrasiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün Xəzər regionunda dünyanın ən böyük neft və qaz layihələrini həyata keçirərək mühüm infrastrukturlar yaratmışdır.

Sonra qonaqlar avtobusla Səngəçal terminalının əməliyyatlar sahəsinə gedərək oradakı qurğularla tanış olublar.

Onlara terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Xəzər dənizindəki yataqlardan hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkan olaraq, AÇG yatağından çıxarılan neft və "Şahdəniz”dən hasil edilən qaz terminala nəql olunur, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri ilə dünya bazarına ixrac edilir. Terminal gündə 1,2 milyon barel xam nefti emal etmək gücünə malikdir. Xam neft saxlama həcmi 4 milyon barelə yaxındır. Sahəsi 688 hektardan çox olan, dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından unikal hesab olunan, Səngəçaldan başlayan əməliyyatlar Avrasiya məkanında enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.

Qonaqlar Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanğıcındakı ilk - əsas nasos stansiyası və ixrac boru kəmərlərinin fəaliyyətini nəzarətdə saxlayan, problemləri aşkara çıxara bilən nəzarət idarəetmə mərkəzi ilə də tanış olublar.

Qivami Rəhimli qonaqlara Xəzərdən hasil olan neftdən əlavə 3-cü tərəfin neftinin BTC kəməri ilə nəql etmək imkanları, istehsalatdan başlayaraq əməliyyatlara qədər, məhsulun həcmi, ölçmələrdən tutmuş həcmlərin nəzarəti, boru kəməri sisteminin təhlükəsizliyini təmin edilməsi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, hazırda Qazaxıstanda fəaliyyət göstərən ABŞ-ın “Chevron" şirkəti daxil olmaqla “KazMunayQaz”ın beynəlxalq neft tərəfdaşları xam neft ixracı marşrutlarını şaxələndirmək səylərini artırıblar. Bu addım cənubi Rusiya ərazisindən Qara dənizdəki Novorossiysk limanına qədər uzanan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) marşrutundan asılılığın azaldılması məqsədini daşıyır. CPC marşrutu əsasən Tengiz, Kaşaqan və Karachaganak yataqlarının hasilatını daşıyır. Lakin Rusiya-Ukrayna müharibəsi, Qara dənizdə sığorta xərclərinin artması və Moskvaya qarşı sanksiyalar səbəbindən marşrutları şaxələndirməyə maraq daha da artıb. Səngəçaldan başlayan BTC marşrutu isə Türkiyədəki boğazlardan keçmədən birbaşa Aralıq dənizinə çıxışı təmin edir.

Qivami Rəhimli bp şirkəti adından ABŞ Dövlət Departamentinin rəsmisi Erik Cəkobsa Azərbaycanın mədəni irsi, miniatür sənətinə həsr olunmuş “Təbrizin sehrli nağılları” kitabını hədiyyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir