ABŞ-ın Minneapolis şəhərində üzərində “Xocalıya ədalət!” şüarı yazılan lövhə quraşdırılıb
Bakı, 25 fevral, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində “Xocalıya ədalət!” şüarının yazıldığı lövhə yerləşdirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub. Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsinə diqqət cəlb edilib.
Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.