ABŞ Prezidenti NATO sammitində iştirak etmək üçün Litvaya gəlib
Bakı, 10 iyul, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden iyulun 10-da NATO sammitində iştirak etmək üçün Litvaya gəlib.
AZƏRTAC xəbər verir ki, ABŞ liderini Vilnüs Beynəlxalq Hava Limanında Litva Prezidenti Gitanas Nauseda qarşılayıb. Onların ikitərəfli danışıqları iyulun 11-ə planlaşdırılıb.
Sammit zamanı Vilnüs Beynəlxalq Hava Limanında 100-dən çox müntəzəm reys ləğv ediləcək. Paytaxtdan 30 km radiusda istənilən uçuşlar qadağandır. İyulun 7-dən 13-dək Litva ərazisi üzərində kiçik təyyarələrin, pilotsuz nəqliyyat vasitələrinin uçuşu da təxirə salınıb.
Qeyd edək ki, ABŞ-ın 43-cü prezidenti Corc Buş da 2002-ci ildə Litvaya səfər etmişdi. O, Tovn Hall meydanında insanlarla görüşəndə demişdi: "Kim Litvaya düşmən olarsa, Amerikanın düşməni olacaq". Prezidentin bu aforizmi bələdiyyə binasının fasadında quraşdırılmış xatirə lövhəsində də həkk olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [23:04]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]