ABŞ Qazaxıstan məhsullarına tətbiq edilən rüsumları artırıb
Bakı, 3 aprel, AZƏRTAC
Donald Tramp administrasiyası Qazaxıstanı “America First” siyasəti çərçivəsində yeni ticarət tarifləri tətbiq edilən ölkələr siyahısına daxil edib.
AZƏRTAC Kazinform xəbər agentliyinə istinadla xəbər verir ki, Ağ ev öz sosial media platformasında tariflərin tətbiq edildiyi ölkələrin siyahısını dərc edib.
Məlumata görə, Qazaxıstan Amerika mallarına 54 faiz rüsum tətbiq edir və buna cavab olaraq ABŞ Qazaxıstandan gələn məhsullara 27 faiz rüsum tətbiq edəcək.
Cədvəldə Qazaxıstan Hindistan (26 faiz), Cənubi Koreya (25 faiz), Yaponiya (24 faiz) və Malayziya (24 faiz) ilə bir qruplaşdırılıb.

“Newsweek”in məlumatına görə, ən yüksək tariflər Sen-Pyer və Mikelon (50 faiz), Lesoto (50 faiz), Kamboca (49 faiz), Vyetnam (46 faiz), Şri-Lanka (44 faiz), Myanma (44 faiz), Laos (48 faiz), Suriya (41 faiz) və İraqa (39 faiz) təsir edəcək.
ABŞ İqtisadi Təhlil Bürosunun məlumatına görə, 2024-cü ildə ölkənin ticarət kəsiri 918,4 milyard dollar təşkil edib. Bu kəsirə ən böyük töhfə verənlər Çin (295,4 milyard dollar), Avropa İttifaqı (235,6 milyard dollar), Meksika (171,8 milyard dollar) və Vyetnam (123,5 milyard dollar) olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [20:53]
Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub
- 27.05.2026 [20:31]
Tramp: İran razılığa gəlməyi çox istəyir
- 27.05.2026 [16:20]
Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir
- 27.05.2026 [06:30]
Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]