ABŞ Ukraynaya rekord həcmdə hərbi yardım paketi ayırıb
Kiyev, 6 yanvar, AZƏRTAC
ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyera məlumat verib.
"Dövlət Departamentinin həmkarları bu paket haqqında daha sonra ətraflı danışacaqlar. Lakin bu paketə dünən elan etdiyimiz "Bradley" döyüş maşınları, özüyeriyən haubitsalar, yer-hava raketləri, digər avadanlıq və sursatların daxil olacağı gözlənilir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, 225 milyon dollar Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə yönəldiləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]