Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Bakı, 3 sentyabr, AZƏRTAC

ADA Universitetində ilk dəfə olaraq 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə tələbə qəbulu həyata keçirilib. ADA Universitetində yeni tədris ilinin başlanması münasibətilə “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə qəbul olunan tələbələr və onların valideynləri ilə görüş təşkil olunub. Görüşdə ADA-nın rektoru, səfir Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazirliyin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olduğunu deyən rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, müasir dövrdə aqrar sahədə rəqabətədavamlı kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təsis edilən “Kənd təsərrüfatı və qida elmləri” fakültəsində yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin yetişdiriləcəyini deyən Hafiz Paşayev əlavə edib ki, İtaliyanın Bolonya Universiteti ilə əməkdaşlıq bu sahədə təhsil alan gənclərə beynəlxalq səviyyəli təhsil və bacarıq qazandıracaq.

Sonda rektor vurğulayıb ki, sözügedən fakültənin bu il qəbul edilən ilk tələbələri ADA Universitetindən ölkəmizin inkişafına dəstək ola biləcək peşəkar kimi məzun olacaqlar.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, nazirliyin fəaliyyəti, həyata keçirilən innovativ layihələr barədə tələbələrə ətraflı məlumat verib. Aqrar sahədə innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verildiyini deyən nazir tələbələrin bu sahədəki yenilikləri mənimsəməsinin və gələcək fəaliyyətlərində tətbiq etməsinin cəmiyyət üçün faydalı olacağını vurğulayıb.

Yeni açılmış fakültənin dekanı Matteo Vittuari rəqabətədavamlı kadr hazırlığı, tədris prosesinin təşkili, ADA-Bolonya Universiteti arasında əməkdaşlıq, aqrar sahədə təcrübə mübadiləsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. ADA Universitetinin aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumlarla sıx əməkdaşlıq etdiyini deyən Matteo Vittuari bildirib ki, Bolonya Universiteti ilə qarşılıqlı bilik və təcrübə mübadiləsinin aparılması tələbələrin peşəkar kadr kimi yetişməsinə zəmin yaradır.

Təbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli kənd təsərrüfatını strateji və unikal sahə adlandırıb. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edildiyini deyən Azad Cəfərli bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artdığını bildirib. Aqrar sahənin inkişafının peşəkar kadrlardan asılı olduğunu deyən Aparat rəhbəri tələbələrin zəruri bilik və bacarıqlara yiyələnəcəklərinə və ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Kənd təsərrüfatı və qida elmləri fakültəsinə qəbul olunan tələbələr və onların valideynlərinin sualları cavablandırılıb, tədris prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Kənd təsərrüfatı və qida elmləri fakültəsi İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlıq nəticəsində təsis edilib. Bu ildən fakültə üzrə bakalavr və magistr ixtisasları ADA Universitetinin Bakı kampusunda, Qazax və Gəncədəki regional mərkəzlərində tədris olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib

Haaqada COP29-a həsr edilmiş konfrans keçirilib

Norveç Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır

Dünya Köçəri Oyunları: Azərbaycan idmançıları bürünc medal qazanıblar

ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketini açıqlayıb

Danimarka qəzetində Ermənistanla Azərbaycan arasında sülh prosesi barədə məqalə dərc edilib

XİN: Aİ-nin qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir

Azərbaycan yığmaları Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 64 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 sentyabr 2024-cü il tarixli 63 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 10 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Serbiya və İsrail tezliklə azad ticarət sazişi imzalayacaq

Gürcüstanın Baş naziri müxalifətlə debatdan imtina edib

XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq

M.Zaxarova: Moskva BRICS-ə qoşulmaq məsələsində Bakıya hər cür kömək etməyə hazırdır

İrakli Kobaxidze: Ukrayna hakimiyyəti Gürcüstan ilə münasibətləri inkişaf etdirmək istəmir

Harris və Tramp anım mərasimində yenidən bir araya gəliblər

Kahramanmaraşda “Azərbaycan” yaşayış massivinin tikintisi sürətlə davam edir

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatar qəfil yoluna çıxan qadını vururaq öldürüb

Fransada deputat mandat büdcəsindən şəxsi məqsədləri üçün istifadə etməkdə günahlandırılır

Böyük Britaniya Ukraynaya 600 milyon funt-sterlinqdən çox yardım paketi elan edib

Elman Həsənov: 17 Radio-Televiziya Yayım Stansiyasının hər birindən 15-dək ümumölkə radioproqramının yayımı nəzərdə tutulub

Azərbaycan enerji keçidini prioritet hesab etməklə yanaşı, digər dövlətlərin də bu təşəbbüslərinə töhfə verəcək - MÜSAHİBƏ

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycanla Türkiyənin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlıq yüksək səviyyədədir

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib

Rusiya XİN: Rəsmi Moskva Cənubi Qafqazda bütün kommunikasiyaların kompleks açılmasının tərəfdarıdır

Nazir: Təhsil sahəsində əməkdaşlıq Azərbaycan-Türkiyə qardaşlığının və birliyinin bariz nümunəsidir

Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Akademik: Azərbaycanlı alimlərin forumu ölkə elminin dünyada tanınmasına töhfə verəcək

Beynəlxalq düşərgənin iştirakçısı: Xalqımızın mədəniyyətini digər ölkələrin gənclərinə tanıdırıq

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 806 milyon manatdan çox olub

Muxtar respublikada dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 48,2 faiz artıb

Bakıdan Sumqayıta və əks istiqamətə qatar reyslərinin sayı artırılır

Sumqayıtda mənşəyi məlum olmayan ətin satışa çıxarılmasının qarşısı alınıb

Texas Universitetinin professoru: Azərbaycanlı alimlərin forumunun elmin inkişafına töhfə verəcəyinə inanıram

Goranboyda toxum sərgi-satış yarmarkası keçirilib

Bölgələrdə qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər və mübarizə tədbirləri davam etdirilir

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Nazirlik nümayəndəsi: Məqsədimiz gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

Dostuq və qardaşlıq rəmzi: Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub

Muxtar respublikada sənaye məhsulu istehsalı artıb

Azərbaycan Ordusunun ötən il keçirdiyi antiterror tədbirləri hərb tarixində nadir əməliyyat sayılır – AÇIQLAMA

BDU da “TələbəPlus” layihəsinə qoşuldu

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bakıda bir neçə dayanacaq pavilyonu istifadəyə verilib

“Lökbatan dairəsi”ndə yolun təmiri həyata keçirilir

Azərbaycan klubu beş basketbolçu ilə yollarını ayırıb

“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya təşkil edilib

Bahar Muradova: Azərbaycanda qadınların rəqəmsal iqtisadiyyatda iştirakı artıb

ADSEA Füzuli və Şuşa sakinlərini işlə təmin edib

Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib

“Teleradio” İB: Radio-Televiziya Yayım Stansiyaları üçün xaricdən gətirilən qurğuların quraşdırılması bitmək üzrədir

Britaniyanın xarici işlər naziri və ABŞ Dövlət katibi Kiyevə səfər ediblər

Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub

Lənkəran kənd seçki dairəsindən iki məntəqədə səsvermənin nəticələri etibarsız hesab edilib VİDEO

22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 3 məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Psixoterapevt: Uşaqları istəklərinə və maraqlarına uyğun kurslara yönəltmək daha uyğundur

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarında 13 faizlik artım qeydə alınıb

Azərbaycanın işgüzar turizm potensialı Moskvada təbliğ olunur

Səyyar “ASAN xidmət” Xaçmazda

“Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib

Şəkidə “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” keçirilir

BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

® Əqli Mülkiyyət Agentliyi ilə Dövlət Reklam Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Moskva və bütün Rusiyanın Patriarxı Azərbaycanı nümunəvi dövlət adlandırıb

“Qurdoğlu” tarixi romanı işıq üzü görüb

Azərbaycan Dünya Köçəri Oyunlarında növbəti medalı əldə edib

Azərbaycan klubu daha bir amerikalı basketbolçunu transfer edib

Botanika İnstitutunun əməkdaşları mikoloji tədqiqatlar aparıblar

“Forbes”: İqlim böhranı məktəblilərə yaxşı təhsil almağa mane olur

Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək

"Trump Media" kompaniyasının səhmləri 17 faiz ucuzlaşıb

Azərbaycanda blokçeyn texnologiyaları sahəsində maarifləndirmə tədbirləri həyata keçiriləcək

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti yüksəldiləcək - SƏRƏNCAM

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsində AYİB-in iştirakı müzakirə olunub

Aşqarlar Kimyası İnstitutunda insan sağlamlığına töhfə verən beynəlxalq səviyyəli tədqiqatlar aparılır

Azərbaycan Dünya Köçəri Oyunlarında dördüncü medalını qazanıb

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Ağdamda 55 yaşlı kişini ilan sancıb

® “Coca-Cola” Fondunun dəstəyi ilə yeni ekoloji layihəyə start verilib

Koreyanın səhiyyə və icbari tibbi sığorta sistemi sahəsində qazandığı təcrübələr öyrənilir

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü “Ana tarla” tamaşası ilə açıb

Naxçıvanda ÜDM istehsalı 950 milyon manatı ötüb

Maks Ferstappen: Bakı bolidi idarə etmək üçün çətin trekdir

Türkiyənin Somaliyə araşdırma gəmisi göndərəcəyi tarix açıqlanıb

Naxçıvanda vergi daxilolmaları 32 faizdən çox artıb

Ortaq Türk Əlifbasındakı hərflərin Türk dillərində mövcud olan fonemləri əks etdirməsinə xüsusi diqqət yetirilib AÇIQLAMA

“SpaceX” açıq kosmosa tarixi turist səyahəti təşkil edib

Vyetnamda qasırğa qurbanlarının sayı 140 nəfəri ötüb

Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

Metronun “Azadlıq prospekti” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir

NATO-nun yeni Baş katibi oktyabrın 1-də vəzifəsinin icrasına başlayacaq

Bakı Uşaq Teatrı Elistada keçirilən festivalda iştirak edir