ADNSU-nun məzunu kvars aerogellərin alınması istiqamətində tədqiqat aparır
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Kristina Qoryunova 2023-2024-cü tədris ilində Azərbaycan-Fransız Universitetinin (UFAZ) Fiziki kimya və kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində təhsil alacaq. O, hazırda həmin ixtisas üzrə elmi-tədqiqat aparır.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun məzunu K.Qoryunova bu il universitetin kimya mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini uğurla bitirib. O, təhsil aldığı müddətdə Kimya və qeyri-üzvi maddələrin texnologiyası kafedrasında professor Yunis Qəhrəmanlının rəhbərliyi ilə kvars aerogellərin və onların əsasında kompozit materialların alınması istiqamətində tədqiqatlar aparıb, uğurlu nəticələr əldə edib. K.Qoryunova təcrübələr əsasında yüksək 10MPa təzyiqdə, ifrat böhran temperaturunda kvars aerogellərin nümunələrini alıb və İnfraqırmızı spektroskopiya, skanedici elektron mikroskopiya və digər müasir üsullar ilə analiz aparıb.
Gənc tədqiqatçının elmi məqaləsi dünya metrik bazalarından olan “RSC Advances” (Web of Science Q1, Scopus) jurnalında yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]