ADPU STEAM Mərkəzinin komandası “Robotex Azərbaycan”da I yerə çıxıb
Bakı, 4 mart, AZƏRTAC
“Robotex Azərbaycan Avrasiya Çempionatı”nda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) STEAM Mərkəzinin komandası I yerə çıxıb
ADPU-dan AZƏRTAC-a bildirilib ki, STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlı və onun mentorluğu ilə universitetin tələbələri iki kateqoriyada yarışıblar. Qızlar kateqoriyasında “ADPU Girls” komandasında Riyaziyyat fakültəsinin IV kurs tələbəsi Tamara Manaflı və ADPU-nun məzunu Türkanə Qəhrəmanlı I yerə layiq görülüblər. Yaşıl sahibkarlıq kateqoriyasında “Azirrigation” komandasından ADPU-nun riyaziyyat və informatika müəllimliyi ixtisasının “SABAH” qrupları üzrə V kurs tələbəsi Elmira Poladova isə III layiq görülüb.
Hər iki komanda aprel ayında Türkiyənin Antalya şəhərində keçiriləcək “Robotex Türkiyə Çempionatı”nda iştirak hüququ qazanıb.