AFFA KLUBLARI 10,5 MİLYON MANAT MƏBLƏĞİNDƏ CƏRİMƏLƏMİŞDİR
Komitənin qərarına əsasən, I dəstənin “Rote Fane” (Tovuz) – “Bakılı” qarşılaşmasında Namiq Məmmədkərimov (“Bakılı”) ehtiyat hakimə qarşı təhqiramiz davranışına görə növbəti iki oyuna buraxılmayacaq, təmsil olunduğu klub isə 5 milyon manat məbləğində cərimələnəcəkdir.
“Gənclər birliyi –2” (Sumqayıt) – “Simurq” (Zaqatala) görüşündə meydan sahibinin 4 oyunçusu sarı vərəqə aldığına görə klub 2,5 milyon manat məbləğində cərimə ediləcəkdir.
Ölkə futzal çempionatının “Batabat” (Bakı) –“Olimpik” (Bakı) oyununda isə Əzim Tağıyev (“Batabat”) və Fərid Atakişiyev (“Olimpik”) qeyri-etik hərəkətlərinə görə növbəti iki oyuna buraxılmayacaq, klubların hər biri isə 1 milyon manat məbləğində cərimə olunacaqdır. “Hamilton” (Bakı) –“Şərur” (Bakı) qarşılaşmasında isə Rövşən Qasımov (“Şərur”) qeyri-etik davranışına görə növbəti iki oyuna buraxılmayacaq, klub isə 1 milyon manat məbləğində cərimələnəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]